Hulusi Akar Vaşinqtona açıq mesaj verdi

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Rusiyadan alınacaq S-400-lərə görə ABŞ-ın F-35 qırıcılarının satışını dayandıracağı ilə bağlı qeyri-müəyyənliyə aydınlıq gətirb.

Strateq.az “TRT haber”ə istinadən xəbər verir ki. o, gündəmdə belə bir məsələnin varlığını etiraf etsə də, ortada hansısa  qərarın olmadığını bildirib: “Hələki ABŞ-da 4 pilotumuz təlim keçir, yaxın günlərdə 2 pilot da göndəriləcək. Bizə F-35-lərlə bağlı əmin heç nə deyiməyib. Proses gedir”.

Akar deyib ki, F-35-lərlə bağlı problem yaranarsa, digər variantları nəzərdən keçiriləcək: “Bizim qısa, orta və uzun müddətli B planlarımız da var”.

Türkiyə mətbuatı isə yazır ki, Rusiyadan alınacaq S-400-lər ölkənin cənub və qərbində quraşdırılacaq.

Məlumata əsasən, bu komplekslər Türkiyənin qərbində, Egey dənizi sahilləri boyunca yerləşən vilayətlərdə, həmçinin Suriya ilə sərhəddə, Hatay vilayətində quraşdırılacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button