HUMAN RIGHTS WATCH MÜLKİYYƏT HÜQUQUNA DAİR HAZIRLADIĞI HESABATI TƏQDİM EDƏCƏK

01.03.2012

Bu gün Human Rights Watch təşkilatı saat 12:00–da “Hər Şeyimi Əlimdən Aldılar: Azərbaycan Paytaxtında Məcburi Köçürülmələr, Mülklərin Qeyri-Qanuni Özgəninkiləşdirilməsi və Sökülməsi” adlı yeni hesabatının təqdimatına həsr olunmuş tədbir keçirəcək.

Belə ki, Human Rights Watch təşkilatının apardığı araşdırmalar nəticəsində Azərbaycanın hökumət qurumlarının Bakının dörd müxtəlif ərazisində yetərli məlumatlandırma və ya heç bir xəbərdarlıq etmədən və ya bəzən gecə yarısında çoxlu sayda ailələri evlərindən çıxarması və qeyri-qanuni olaraq onların mülkiyyətinin zorla özgəninkiləşdirməsi halları müəyyən edilmişdir. Bu hökumət qurumları evləri uçurtduqları zaman bəzi hallarda ev sakinlərin əşyaları içəridə qalmışdır.
2012 Eurovision Musiqi Müsabiqəsinin keçiriləcəyi, hazırda tikintisi davam edən Bakı Kristal Zalının yaxınlığında, sahilyanı ərazidə yerləşən Dövlət Bayraq Meydanı bu hesabatda bəhs olunan dörd ərazidən biridir.
Hesabat Süleyman Rəhimov küçəsi 185-də yerləşən Diplomat Hotel-də təqdim ediləcək. Təqdimatçılar: Jane Buchanan, hesabatın müəllifi və aparıcı tədqiqatçı, Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asia Bölməsi

RATI
Giorgi Gogia, Human Rights Watch təşkilatının Cənubi Qafqaz regionu üzrə aparıcı tədqiqatçısı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button