Rubrikalar: CƏMİYYƏT XuralTAC

Hüquq müdafiəçiləri siyasi məhbuslarla görüşüblər

Hüquq müdafiəçiləri Eldəniz Quliyev və Hacı Rövşən 6 saylı cəzaçəkmə müəssisəsində və “Qobustan” qapalı tipli həbsxanasında olublar və müxtəlif siyasi məhbuslarla görüşüblər. Xural.com xəbər verir ki, bu haqda Eldəniz Quliyev özünün facebook səhifəsində yazıb. Xural.com Eldəniz Quliyevin statusunu təqdim edir:

“Dünәn biz – Hacı Rövşәn vә mәn 6 saylı cәzaçәkmә müәssisәsindә, elәcә dә “Qobustan” qapalı tipli hәbsxanasında olduq…
6 saylıda әvvәlcә müәssisәnin rәisi Mәmmәd Mahmudovla, sonra isә siyasi mәhbus dostlarımız – AXCP fәalı Babәk Hәsәnli vә Müsәlman Birliyi Hәrakatının üzvü Әhsәn Nuruzadә ilә görüşdük. Qeyd edim ki, Ә.Nuruzadә hazırda 10 günlük “kars” cәzası alıb və ölüm aclığına başlayıb. Ancaq bunlara baxmayaraq, hәr iki dostumuzun әhvali-ruhiyyәsi vә mübarizә ruhu çox yüksәkdir. Vә hәr ikisi hәbsxana hәyatını siyasi vә mәnәvi mübarizә fәaliyyәtlәrinin tәrkib hissәsi kimi qәbul edirlәr.
Babәk bәyin demәk olar ki, heç bir şikayәti yox idi, sağlamlıq durumu da qaydasındaydı. Biz hәbsxana rәisindәn Ә.Nuruzadәnin vaxtından әvvәl karsdan azad olunmasını xahiş etdik. Elә bilirәm ki, xahişimiz qәbul olundu. Rәis hәtta 10 dәqiqәdәn sonra Ә.Nuruzadә ilә şәxsәn görüşüb söhbәt edәcәyini vә mümkün olan kömәklik göstәrәcәyini dedi. Biz dә öz növbәmizdә, hәm öz adımızdan, hәm dә dostları vә anası adından Әhsәn bәydәn ölüm aclığını dayandırmasını xahiş etdik. Şükürlәr ki, xahişimizi yerә salmadı, aclığı dayandırmaq qәrarı verdi.
Yeri gәlmişkәn, qeyd edim ki, müәssisәnin rәis müavini işlәyәn Zahid Bәdirxanov soyadlı birisinin adı kalonda baş verәn bütün mәkrli vә çirkin oyunlarda hallanır. Onun ifrat vә әdalәtsiz әmәllәri barәdә bir neçә nәfәrdәn eşitdik vә tәbii ki, öz narazılığımızı dәrhal rәis M.Mahmudova bildirdik. Rәis mәsәlәni aydınlaşdıracağını və müvafiq tәdbir görәcәyini bildirdi.
Daha sonra biz “Qobustan” hәbsxanasında olduq. Vә yenә dә ilk olaraq bizi rәis Aftandil Ağayev qәbul etdi. Hacı Taleh vә Hacı Mövsüm Sәmәdovla, o cümlәdәn Nardaran mәhbusu Cabbar Cabbarovla bağlı problemlәr haqda danışdıq. Bәzi mәsәlәlәr yerindәcә hәll olundu. Әvvәl Hacı Taleh Bağırzadә ilә, sonra Hacı Mövsüm Sәmәdovla, daha sonda isә Cabbar Cabbarovla görüşüb geniş vә sәmimi söhbәtlәr etdik. Dostlara, әqidәdaşlara vә doğmalara salam-dualarını dedilәr.
Gizlәtmirәm: şәxsәn mәn bu işıqlı insanlarda olan iradәyә, Azadlıq eşqinә, Allah sevgisinә, lәyaqәt vә әzmkarlığa qibtә elәdim.
ALLAHIM, bu gözәl İNSANLARIN bağlı qapılarının açılmasına yardımçı ol! Amin!”

Xural.com

Paylaş:

Share

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Rövnəq Fatehin İstanbulu “fəth etmək” savaşı

  Neft maqnatı azərbaycanlı iş adamlarının hotelini əllərindən necə alıb?   Bizim məmurların “mədəsi ilə beyni arasında rabitə itdiyinə” görə,…

22 Sentyabr 2019 2:31 səhər
  • GÜNDƏM
  • XuralTAC

Ankarada Antiamerikan zirvəsi-Seymur Həzinin ilk yazısı

Seymur Həzi   Suriya böhranı üçün toplaşan “Ankara üçlüyü” dünyanın diqqət mərkəzində oldu. Həsən Ruhani, Vladimir Putin və Rəcəb Tayyib…

22 Sentyabr 2019 2:22 səhər
  • GÜNDƏM
  • XuralTAC

Deputat vəsiqəsinin girov qoyulması parlamentdə müzakirə olunacaq:

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev millət vəkili Rafael Cəbrayılovun 300 min ABŞ dolları borc qarşılığında deputat vəsiqəsini girov…

21 Sentyabr 2019 10:20 axşam
  • DÜNYA
  • XuralTAC

İrana qarşı “tarixin ən böyük sanksiyası” tətbiq olundu

ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyalar yolu ilə təzyiqin daha da gücləndirildiyini elan edib. Virtualaz.org xəbər verir ki, Ağ evdə…

21 Sentyabr 2019 1:10 səhər
  • GÜNDƏM
  • XuralTAC

Deputat vəsiqəsini girov qoydu-QALMAQAL

Millət vəkili Rəfael Cəbrayılov 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb. R. Cəbrayılov Təranə…

21 Sentyabr 2019 1:07 səhər
  • GÜNDƏM
  • XuralTAC

Almaniya səfirliyi Seymur Həzi və Nigar Yaqublu cütlüyünə viza verməkdən imtina etdi

Almaniyanın Azərbaycandakı səfirliyi AXCP-nin sədr müavini Seymur Həzi və xanımı, siyasi fəal Nigar Həziyə Şengen vizası verməkdən imtina edib. Musavat.com…

20 Sentyabr 2019 3:09 səhər
Xural.COM