Rubrikalar: GÜNDƏM XuralTAC

Hüquq müdafiəçisi məhkəmədə nələri müşahidə etdi?

Siyasi Məhbusları Müdafiə Komitəsinin üzvü Əlövsət Sadıqlı 3 yanvar aksiyasında həbs olunanların Apellyasiya məhkəməsində iştirak edib. Ə.Sadıqlının müşahidələrini onun facebook səhifəsinə əsasən, xural.com olaraq təqdim edirik…

03 yanvar 2019-cu il tarixdə keçirilmiş aksiyada inzibati həbs edilmiş etirazçıların apellyasiya şikayətlərinə baxılması prosesində müşahidələrimi diqqətinizə çatdırıram:

11.01.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsində AzelTV-nin təsisçisi – jurnalist Əfqan Sadıqov, “Qarabağ Komitəsi”nin üzvü Səxavət Nəsibov, Kanal13-ün əməkdaşı – jurnalist Nurlan Qəhrəmanlı və AXCP üzvü Elimxan Ağayevin apellyasiya şikayətinə baxıldı.

Məhkəmə prosesləri müxtəlif hakimlər tərəfindən və təxminən, eyni vaxtda keçirildiyinə görə “Siyasi Məhbusları Müdafiə Mərkəzi”nin üzvü – hüquq müdafiəçisi kimi bu proseslərin yalnız ikisində – Əfqan Sadıqov və Səxavət Nəsibovun məhkəmələrində monitorinq aparmaq imkanım oldu.

Əfqan Sadıqovun şikayəti üzrə hakim Həsən Əhmədov vəkil Cavad Cavadovun vəsatətlərinin heç birini – nə aksiyanın video-görüntüsünü əldə etmək və jurnalist Əfqan Sadıqovun həmin aksiyada məhz öz peşə vəzifəsini yerinə yetirmiş olmasını sübut etmək məqsədilə nəzarət kameralarından görüntülərin əldə edilməsi barədə, nə də həmin məqsədlə şahidlərin dindirilməsi barədə vəsatətləri qəbul etmədi.

İnsafən deyim ki, vəkil C.Cavadov mövcud Azərbaycan reallığında vəkil kimi nə edə bilərdisə etdi və Əfqan Sadıqovun həmin aksiyada yalnız jurnalist kimi peşə fəaliyyətini yerinə yetirdiyini və əslində, onun həbsi və peşə fəaliyyətinə maneçilik yaratmaqla cinayət əməlinə yol verildiyini hüquqi dəlillərlə sübuta yetirsə də, hakimin əvvəlcədən açıq-aşkar görünən mövqeyində dəyişiklik yarada bilmədi.

Hakimin “məhkəmədən xahişiniz?” sualına isə Əfqan Sadıqov belə cavab verdi:

“Mən aksiyada iştirakçı deyildim, yalnız jurnalist kimi peşə fəaliyyətimi yerinə yetirirdim və peşə vəzifəmi yerinə yetirməyim Əliyev rejiminə sərf etmədiyi, rejimin iç üzünü açdığım, ictimailəşdirdiyim üçün həbs edilmişəm. Jurnalistlik fəaliyyətimlə əlaqədar neçə dəfələrdir ki, məni şərləyib həbs edirsiniz. Hesab edirəm ki, nə qədər ki Əliyevin diktatura rejimi var, belə də olacaq. Məni məcbur edirsiniz ki, aksiyaçılara qoşulum, mübarizəni onların sırasında aparım və yəqin ki, bu, belə də olacaq! Hakimdən isə heç bir xahişim-zadım yoxdur! Onsuz da mövqeyiniz də, ədalətiniz də, qərarınız da əvvəldən – haqlı, qanuni vəsatətləri rədd etdiyinizdən bəllidir! Sizdən məni azad etməyinizi də xahiş etmirəm! Nə tapşırıblarsa, onu da oxuyun!”

Hakim Həsən Əhmədov Nizami rayon məhkəməsinin Əfqan Sadıqov barədə çıxardığı 22 günlük inzibati həbs qərarını qüvvədə saxladı.

Sonra hakim Əflatun Qasımovun sədrliyi ilə “Qarabağ Komitəsi”nin üzvü Səxavət Nəsibovun apellyasiya şikayətinə baxıldı.

Bu məhkəmə prosesində də vəkil Cavad Cavadov müdafiəçisi olduğu Səxavət Nəsibovun polisin tələblərini yerinə yetirib-yetirmədiyinin və hansı şəraitdə həbs edildiyinin sübutu üçün aksiya yerindəki video-kameralardan görüntülərin əldə edilməsi, şahidlərin dindirilməsi və Səxavət Nəsibovun fiziki zorakılıq və işgəncələrə məruz qalması ilə əlaqədar tibbi ekspertizadan keçirilməsi barədə üç vəsatət verdi. Hakim Əflatun Qasımov da, eynən Əfqan Sadıqovun işinə baxan hakim Həsən Əhmədov kimi, heç bir hüquqi əsas göstərmədən vəsatətlərin hər üçünü rədd etdi.

Vəkil C.Cavadov müdafiə etdiyi Səxavət Nəsibovun heç bir inzibati qanun pozuntusuna yol vermədiyi, əksinə onun özünün polis zorakılığına, qeyri-insani rəftar və işgəngələrə məruz qalması barədə faktları sadaladı, həmçinin işgəncə faktı ilə əlaqədar prokurorluğa şikayət yazdığını bildirdi.

Hakimin “sizin sözünüz, istəyiniz, xahişiniz?” sualını isə Səxavət Nəsibov belə cavablandırdı:

“Cənab hakim, mənim polisin qanuni tələbinə tabe olmamam barədə iddia tamamilə böhtandır. Belə ki, biz ölkədə baş alıb gedən özbaşınalığa, qanunsuzluqlara, polis və digər inzibati orqanların şərləmələrinə, məhkəmələrdəki ədalətsizliyə etiraz etmək üçün Konstitusiya ilə qorunan etiraz hüququmuzdan istifadə edərək, etirazımızı bildirmək üçün küçəyə çıxmışdıq. Lakin polisin “dağılışın” göstərişindən sonra aksiya iştirakçıları dağılmaq üçün metroya tərəf getməyə başladı. Bu zaman polis kordonu qarşımızı kəsib getməyə qoymadı və istiqamətimizi dəyişib polis maşınlarına tərəf apardı. Bu, yəqin ki, nəzarət kameralarının da görüntülərində var. Siz isə bu görüntülərin əldə edilməsini istəmirsiniz, niyə, bilmirəm!? Orada isə bizi tutub polis maşınlarına mindirdilər. Polis maşınının içində məni tərbiyəsiz küçə söyüşləri ilə təhqir etdilər, təhqirlərə etiraz etdikdə vəhşıcəsinə döydülər və taqətdən saldılar, sonra polisin biri məni boğmağa başladı, artıq özümü müdafiə edə bilmirdim, nəfəsim kəsilənə – xırıldayanadək məni boğdu. Bəxtim onda gətirib ki, aksiya yeri ilə 24-cü polis bölməsinin arasındakı məsafə çox uzaq olmayıb və maşın polis bölməsinə çatdığına görə məni bayılmış vəziyyətdə maşından düşürüblər. Mənimlə eyni maşında aparılan Fatimə Mövlamlı bu vəhşiliyin şahidi olub.Yəqin ki, məsafə bir az uzaq olsaydı, mən indi ölmüş olardım! Mən heç bir hüquq pozuntusu etməmişəm, yalnız Konstitusiya ilə mənə verilmiş hüquqdan istifadə etmək istəmişəm! Ədalətli qərar verəcəyinizə inanmıram, ancaq hər bir halda ədalətli qərar verilməsini istəyirəm!”

Hakim Əflatun Qasımov da Nizami rayon məhkəməsinin Səxavət Nəsibov barədə çıxardığı 20 günlük inzibati həbs qərarını qüvvədə saxladı.

Xatırladım ki, yanvarın 3-də Bakının “Neftçilər” metrostansiyasının yaxınlığında aksiya keçirilib. Aksiya iştirakçılarından 20 nəfərə yaxını polis tərəfindən saxlanılsalar da, sonradan onların bir hissəsi sərbəst buraxılıb.

Həbs olunanlardan Səxavət Nəsibova 20, Nurlan Qəhrəmanlı, Elimxan Ağayevə 21, Əfqan Sadıqova isə 22 sutka inzibati həbs cəzası verilib…

Həmçinin Fatimə Mövlamlı, Mətanət Mahmırzayeva və Pərvin Abışova 300 manat, Fərid Abdinov isə 400 manat cərimə cəzasına məhkum ediliblər.

P.S: DOSTLAR, statusun bir az uzun və yorucu olmasının fərqindəyəm!.. Amma həm gəncliyimizin despotik rejim qarşısında necə mətin dayanmasını və sınmamasını bir daha diqqətə çatdırmaq istədim, həm də “özümüzdən” olub özünü hakimiyyət sahibi sayan bir çoxunun özümüzə qarşı necə amansız, soyuq və cəllad sifətli olması təəssüratımın içimdə qalmaması üçün paylaşmalı oldum: baxmayaraq ki, Vətənimizin bir hissəsini işğal etmiş, namusumuzu (oxu, namuslarını) zorlamış düşmənə qarşı (böyüyündən kiçiyinədək heç biri) zor göstərmək cəsarətində deyillər!

Xural.com

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Prezidentin köməkçisi Əli Həsənovun Xəzər TV-ni ələ keçirməsi və fəxr etdiyi sərvəti-BUMERANG

Kanal13 "Prezident köməkçisi Əli Həsənovun Xəzər TV-ni ələ keçirməsi və fəxr etdiyi sərvəti" haqqında veriliş hazırlayıb. Xural.com verilişi təqdim edir:…

19 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Tofiq Yaqublu 30 günlük həbsdən sonra; Onu oğlunu öldürməklə hədələyiblər-VİDEO

19 oktyabr mitinqinə görə həbs edilənlərdən daha 3 nəfəri – Tofiq Yaqublu, Rüfət Səfərov və Baba Süleymanlı noyabrın 19-da azadlığa…

19 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

İran İnqilab Keşikçiləri etirazlar durmazsa, qəti addım atacaqlarını deyib

Dövlət mediası xəbər verir ki, ən azı 100 bank və onlarla bina və maşın yandırılıb İranın İnqilab Keşikçiləri hökumət əleyhinə…

19 Noyabr 2019
  • DÜNYA
  • XuralTAC

Türkiyə Suriyada yenidən əməliyyatlara başlaya bilər

ABŞ və Rusiya Suriyanın şimalı ilə bağlı razılaşmanın tələblərini hələ tam şəkildə yerinə yetirməyib. Anadolu agentliyi xəbər verir ki, bunu…

19 Noyabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

İlham Əliyev Vasif Talıbovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib. Xural.com xəbər verir ki, Naxçıvan…

19 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

İran XİN-in sözçüsü: “Dövlət katibi Mayk Pompeo ABŞ-dakı acların dərdini çəksin”

"ABŞ İranın halına yanacaq mövqedə deyil. Dövlət katibi Mayk Pompeo ABŞ-dakı acların dərdini çəksin". APA-nın Tehran bürosunun məlumatına görə, bunu…

19 Noyabr 2019
Xural.COM