Hüquq müdafiəçisi Oktay Gülalıyevi avtomobil vurdu-VİDEO

Bu gün axşam saatlarında tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevi yolu keçərkən avtomobil vurub.

Xural.com xəbər verir ki, bu barədə sosial mediada məlumat verilib. Məlumatda bildirilir ki, hüquq müdafiəçisinə ağır xəsarət dəyməyib. Bütün bunlara baxmayaraq, o, 1 saylı Təcili Tibbi yardım mərkəzinə yerləşdirilib və müayinədən keçirilib. Hazırda O.Gülalıyev həkimlərin nəzarətindədir.

Vuran avtomobil Hunday Ksent markalı və ağ rəngdə 90 PZ 543 dövlət nömrə nişanlıdır. Avtomobilin sürücüsünün özü də xəstəxanadadır. Sürücü O.Gülalıyevi vurduğu avtomobili ilə xəstəxanaya çatdırıb.

Xural.com Oqtay Gülalıyevin olduğu iddia edilən videonu təqdim edir. Video sosial şəbəkə istifadəçiləri tərəfindən yayılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button