Hüquq müdafiəçiləri işgəncələrə qarşı alternativ mexanizm yaradırlar

Hüquq-müdafiə təşkilatlarından ibarət qrup işgəncələrin qarşısının alınması üzrə alternativ Milli Preventiv Mexanizmi (MPM) həyata keçirmək niyyətindədir. Bu məqsədlə  11 QHT “Milli preventiv mexanizm” İctimai Nəzarət Koalisiyasında birləşiblər.

Koalisiyanın üzvlərindən biri, Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyinin rəhbəri Elçin Abdullayev bildirib ki, MPM-nin yaradılması BMT-nin işgəncələrin qarşısının alınması üzrə Konvensiyasının Fakultativ Protokolunda nəzərdə tutulub.

Azərbaycan prezidentinin 13 yanvar 2009-ju il tarixli sərəncamı ilə MPM-nin həyata keçirilməsi Ombudsman aparatına həvalə edilib. Lakin ombudsman işgəncələrin qarşısının alınması üçün monitorinq səlahiyyətinə malik deyil. MPM-ə hüquq müdafiəçiləri daxil edilməyib ki, bu da prosesin şəffaflığına xələl gətirir.

Abdullayev diqqəti ona yönəldib ki, BMT konvensiyası ölkədə 2 və daha çox MPM-nin olmasına icazə verir və belə praktika Gürjüstan, Qazaxıstan və Ermənistanda da mövjuddur.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov alternativ MPM məsələsinin aktuallığını qeyd edib. Onun sözlərinə görə, birinci yarımildə Komitəyə müxtəlif güc strukturlarında işgənjələrə dair 89 faktla bağlı şikayət daxil olub. Bunun 6-ı ölümlə nəticələnib.

Hakimiyyət bu faktları qəbul etmir və indiyədək JM-in 113 (işgəncələr) və 293 (işgəncə altında ifadənin alınması) maddələri ilə heç kim cəzalandırılmayıb. Ən yaxşı halda müqəssirlər səlahiyyət həddini aşdığına görə cəzalandırılır.

Keçmiş siyasi məhbus, “İnsan Haqları Uğrunda” İjtimai Hərəkatın rəhbəri Eynulla Fətullayev deyib ki, ölümlə nəticələnən ən ağır cəzalar 7 saylı koloniyada baş verir.

Penitensiar Xidmət yanında fəaliyyət göstərən cəzaçəkmə yerlərinə  nəzarət üzrə İctimai Komitədə “saxta hüquq müdafiəçiləri” toplaşıb ki, onlar da məhbuslara verilən işgəncələrə göz yumurlar.

Fətullayevin fikrinjə,  mətbuat konfransında iştirak edən jurnalistlərin sayının az olması hakimiyyətin məqsədyönlü siyasəti  üzündən “mətbuatın ölü vəziyyətində” olmasından xəbər verir.

İnsan Hüquqları Klubunun koordinatoru Rəsul Jəfərov bildirib ki, koalisiya monitorinqlər keçirmək, alternativ hesabatlar hazırlamaq, qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər irəli sürmək niyyətindədir. Bu məqsədlə Koalisiya prezident İlham Əliyevə müraciət edərək daha bir MPM-nin rəsmi tanınmasını, cəzaçəkmə və ilkin saxlanma yerlərinə başçəkmə üçün şəraitin yaradılmasını xahiş ediblər.

“Demokratiya Monitoru” İjtimai Birliyinin rəhbəri Fuad Həsənov qeyd edib ki, hüquq-mühafizə orqanlarında yüksək vəzifəli şəxslərin bir çoxu İşgəncələr Əleyhinə Beynəlxalq Konvensiyanın müddəalarını bilmir.

Həsənovun məlumatına görə, çox zaman saxlanmanın ilk saatlarında ifadə almaq  üçün işgəncələr tətbiq olunur. Şübhəli bilinən şəxsi öz hüquqları haqda məlumatlandırmaq əvəzinə onlara zorla “növbətçi vəkillər” tuturlar ki, onlar da istintaqın xeyrinə işləyirlər.

Vətəndaşların Hüquqlarını Müdafiəsi Komitəsinin rəhbəri Müslümat Rzaxanova diqqəti öz hüquqları uğrunda mübarizə aparan məhbusların işgəncələrə məruz qalmasına yönəldib. Bu jür praktika Qobustan həbsxanasında yayılıb.

Sözügedən QHT-lərdən başqa Koalisiyaya Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu, Azərbayjan İnsan Haqları Evi, Bərabər İmkanlar Mərkəzi, Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzi, İşgəncə Qurbanlarının Reabilitasiyası və Müdafiəsi İctimai Birliyi daxildir.

“Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button