Hüquq müdafiəçisi İntiqam Əliyev: “Azərbaycanda siyasi sistem dəyişməlidir” – VİDEO

intiqm kanal 13

“Məncə həbsim nəinki gözlənilən idi, hətta bir az gecikmişdi. Çunki bu ölkədə bizim məşğul olduğumuz fəaliyyət cinayət sayılır” – Bunu hüquq müdafiəçisi, siyasi məhbus, məhbəsdən dünən azad edilən İntiqam Əliyev Kanal13 İnternet kanalının Aktual proqramında Kamran Mahmudovun qonağı  olarkən deyib.

Azadlığa çıxmağının siyasi qərar olduğuna toxunan hüquq müdafiəçisinin sözlərinə görə, əslində Baş Prokurorluğun belə protest verməsi anormal haldır:

“Bu olay göstərdi ki, ölkədə nə azad məhkəmə var, nə normal prokurorluq sisyemi var – hamisi siyasi sifariş yerinə yetirən qurumlardir. Bu anormal situasiyadır. Əfv və şərti azadlıq yoluyla insanları azadlığa buraxmaq bu işin siyasi motivli olduğunu göstərir. Azadlığımız məhdudlaşdırılsa da ölkədə baş verənlər barədə məlumatlı idik. Nə ölkəni tərk edənləri nə də, susmağa üstünlük verənləri qınamıram. Hər kəs bir formada təzyiqlərdən yayınmağa çalışırdı. Amma mən bilirdim ki, bu həbslər müvəqqətidir və toplum tezliklə özünə gələcək. Hazırda həbsdə qalan dostlarımız qəhrəmandırlar və çox yaxın vaxtlarda onlar da azadlığa çıxacaqlar. İnsanları həbsə atmaqla prosesin qarşısını almaq mümkün deyil. Yaxın vaxtlarda bütün Azərbaycanı azadlıqda görəcəyik. Həbs insanı bərkidir. Bu anlamda hökumətə təşəkkür edirəm… Həbsxanada başladığım bəzi işlər yarımçıq qaldı, bəlkə bir neçə ay daha qalsam bu işləri də yekunlaşdıra bilərdim. Azərbaycanda həbsxanalar insanları islah eləmir, məhv eləyir. Özüm azadlıqdayam amma ağlım həbsxanada qalıb – çünki o qədər tanınmamış insanlar var ki, məhkəmə özbaşınalığının qurbanıdir. Məsələn, bir qızın ailəsinin razılığını almadan qızla evəndiyinə görə şikayət verilib 9 il həbs alan 2 qardaş vardı həbsxanada. Azərbaycanda siyasi sistem dəyişməlidir”.  

 https://www.facebook.com/tvkanal13/videos/1015618775139867/

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button