Hürrü Əliyev Kamal Kılıçdaroğlu ilə görüşdü-FOTO

Bəyaz Hərəkat başqanı Hürrü Əliyev Türkiyədə önəmli siyasi görüşlər keçirib.
08 iyul 2019-cu il tarixində ilk olaraq Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı sayın Kamal Kılıçdaroğlu ilə Bəyaz Hərəkat başqanı Hürrü Əliyev arasında 40 dəqiqəlik geniş müzakirələrin aparıldığı görüş keçirilib. Xural.com Hürrü Əliyevin facebook səhifəsinə istinadən xəbər verir ki, görüş əsnasında daxili və xarici siyasət, Dağlıq Qarabağ mövzülarını öndə tutan Hürrü bəy, Türkiyənin açıq şəkildə iradəsini göstərməsinin mütləq olduğunu bildirib. Səmimi keçən görüşdə Kamal Kılıçdaroğlu Bəyaz Hərəkat və CHP əlaqələrinin daha da yaxınlaşacağını, iki partiya arasında bütün sahələrdə siyasi-mədəni əlaqələrin genişləndiriləcəyini qeyd edib.
Kamal bəy görüş zamanı Bəyaz Hərəkat barəsində müsbət fikirlərini qeyd edərək “Əminəm ki, Bəyaz Hərəkat üçün hər şey çox gözəl olacaq. Bunu özünüz üçün sloqan olaraq istifadə edə bilərsiniz. Hər şey sizin üçün çox gözəl olacaq” – deyə bildirib.
Görüşün sonunda Hürrü Əliyev Kamal bəyə Əbülfəz Elçibəyin əsərlərinin cəmləndiyi “İstiqlal, Hürriyyət, Bütövlük Strategiyası” kitabını hədiyyə edib. Kılıçdaroğlu isə öznövbəsində Atatürk adına Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə bağlı xüsusi hazırlanmış hədiyyəni Hürrü Bəyə təqdim edib.
Azərbaycanın milli problemlərinin həll olunmasında “Varlığımızla Sizinləyik” deyən CHP nümayəndələrinə xüsusi minnətdarlığını bildirən Hürrü Əliyev görüşdən yüksək razılığını bildirib.

Xural.com xəbər verir ki, Hürrü Əliyevin Türkiyədəki görüşləri davam edir.

 

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button