Hüseyn Abdullayev Almaniya səfirliyindən kömək istədi

Sabiq deputat Hüseyn Abdullayev aldığı cəzadan narazı qalaraq apellyasiya şikayəti verib. Abdullayev barəsində bəraət hökmü çıxarılmasını istəyir.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə iclasında Hüseyn Abdullayevin anası son sözlə çıxış etməli idi. Lakin Zeynəb Abdullayeva səhhətində problem olduğu üçün məhkəmədən vaxt istəyib. Məhkəmə iclası təxirə salınıb.

Hüseyn Abdullayev məhkəmə prosesində iştirak edən Almaniya səfirliyinin nümayəndələrinə üzünü tutaraq onlardan kömək istəyib. Deyib ki, həbsxanada həyatı təhlükədədir.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə sabiq deputat Hüseyn Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Anası Zeynəb Abdullayeva 4 min manat cərimə edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, Vergilər Nazirliyi tərəfindən aparılmış səyyar vergi yoxlaması nəticəsində “Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

3 oktyabr 2016-cı il tarixdə H.Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməməkdə də ittiham edilir.

Həmçinin Almaniyadan istifadəsində olan telefondan “Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nəlayiq ifadələr işlədib tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button