Hüseyn Abdullayev Azərbaycan qadınlarını təbrik etdi

huseyin abdullayev

Hüseyn Abdullayev uzun sürən həsrətdən sonra Anasına qovuşdu

Sabiq millət vəkili, hazırda mühacirətdə olan iş adamı Hüseyn Abdullayev Azərbaycan qadınlarını “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik edib.

Müraciətdə deyilir:

“Dəyərli dostlarım, əziz Analar və bacılar!
Mən bu gün fürsətdən istifadə edərək, sevimli Azərbaycan xanımlarını Beynəlxalq qadınlar günü münasibəti ilə ürəkdən təbrik edirəm.
Qoy uca Rəbbimiz onları bizə heç zaman çox görməsin və bütün qəlbi gözəl qadınlarımıza uzun ömür, möhkəm can sağlığı və xoşbəxtçilik nəsib eləsin inşallah. Ümumiyyətlə onlar haqqında hansı qiymətli sözlər desək, yenədə azdır. Çünkü onların hər biri ayrı ayrılıqda həm Ana, həmdə öz ailə monolitliyini qoruyub saxlamağa çalışan əvəzssiz varlıqlardır. Çünki onlar qədər bizdən heç nə ummayan, candan yanan və nə olursa olsun bütün əziyyətlərimizə qatlanaraq dərd ortaqlıgımızdan ayrılmayan ikinci bir müqəddəs amil yoxdur.


huseyin abdullayevin anasi

Dostlar, mən eyni zamanda sizinlə xoş və mühüm bir xəbəridə paylaşmaq istəyirəm. Uzun sürən həsrətdən sonra, canımın parçası olan Anam artıq yanımdadır. Amma necə ki, onun bu günə kimi hansı əsaslarla xaricə çıxmasına qoyulan qadagasının səbəbini bilmirdimsə (zənnimcə səbəb məndən intiqam almaq idi), bu gündə nə məqsədlə qərarın dəyişilməsini və onun buraxılmasının səbəbini bilmirəm. Zaman göstərər.


Bayramınız mübarək!”

 

Əlaqəli məqalələr

1 şərh

  1. Ana həsrəti ağırdır,o da ola ki,ana sağ ola ancaq onun oğluna qovuşmasına mane olalar.Bundan ağır suç nə ola bilər? Ona görə də anavızın ciyərparəsinə qovuşması münasibəti ilə hər ikinizə göz aydınlığı verirəm və deyirəm şox şükür qovuşdurana…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button