Hüseyn Abdullayev ölüm aclığına başladı

Siyasi rejim məsuliyyət daşımırmı?

Buradan Azərbaycan hakimiyyətinə, eləcə də Cenevrə Konvensiyasına qoşulan bütün ölkələrin Azərbaycandakı səfirliyinə müraciət edir və BMT-nin Qanunsuz Həbslərlə Bağlı İşçi Qrupunun mənimlə bağlı çıxardığı qərarın Azərbaycan hakimiyyəti tərəfindən icra edilməməsinə etiraz əlaməti olaraq ölüm aclığına başladığımı bildirirəm.

Eyni zamanda, mən bir şeyi bilmək istəyirəm: Əgər istənilən siyasi rejim özünə muxalif olan, həm də Almaniya və digər dövlətlərdən siyasi sığınacaq alan istədiyi mühaciri oğurlayıb və min cür işgəncəyə məruz qoyursa, buna görə məsuliyyət daşımırmı?

Bəs onda həmin sığınmanın, həmçinin mühacirə verilən səyahət pasportunun (hansı ki, ona təqib edildiyi ölkədən başqa digər ölkələrə getmək hüququ verirdi) və 200-ə yaxın dövlətin də imzaladığı Cenevrə Konvensiyasının mahiyyəti və mənası nə olur? Yaxud da ki, Azərbaycan dövləti öhdəlik götürərək imzaladığı məlum konvensiyanı, həmçinin insan hüquqlarına dair Ümumdünya Bəyənnaməsinin eləcə də Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktı nə üçün öz parlamentində ratifikasiya etmişdir?

Bir daha qeyd edirəm ki, bütün bu zorakılığa və şəxsimə yönələn siyasi repressiyalara və BMT-nin qərarının qəsdən icra edilməməsinə etiraz olaraq bu gündən aclıq aksiyasını elan edirəm.

Hüseyn Abdullayev, 10 saylı CÇM, 12.04.2021

This post was last modified on 12 Aprel 2021 1:11 axşam

Şərh yazın
Share

Son Əlavələr

  • MANŞET
  • XuralTAC

Dövlət başçısı Kanada və Fransa XİN-in bəyanatını kəskin tənqid etdi

“Münaqişə həll olunub, bu, bir. Hesab edirəm ki, bu məsələ ilə məşğul olmuş tərəflər və…

11 May 2021
  • MANŞET
  • XuralTAC

“İsrailin Məscidi-Aksada apardığı əməliyyata münasibətiniz nədir?”

Millət vəkili Fazil Mustafa "İsrailin Məscidi-Aksada apardığı əməliyyata münasibətiniz nədir?", sualına cavab verib. Xural.com aktuallığını…

11 May 2021
  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

“Bu “təntənəli düzüm”ə niyə riza göstərdik?!”-10.05.2021

Xural Media Qrupunun rəhbəri Əvəz Zeynallı 10 may 2021-ci il, saat 17:00​-da canlı yayında Xural…

11 May 2021
  • MANŞET
  • XuralTAC

Şuşada Mehtər marşı ilə yürüş…-Video

Azərbaycan Ordusunun hərbçiləri Şuşada yürüş edib. "Qafqazinfo" xəbər verir ki, bunu əks etdirən görüntülər sosial…

10 May 2021
  • MANŞET
  • XuralTAC

İlham Əliyev hərbi aerodromun açılışına qatıldı

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun…

10 May 2021
  • MANŞET
  • XuralTAC

General Nağıyevlə birgə həbs edilən polkovniklər azadlığa çıxdı

Ötən ilin may ayında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri…

10 May 2021
Xural.COM