Hüseyn Abdullayev də “boykot” dedi

Almaniyada yaşayan siyasi mühacir Hüseyn Abdullayev facebook səhifəsində, bu il keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsi məsələsinə münasibətini açıqlayıb:

“İlham Əliyevin heç bir səbəb göstərmədən seçkiləri oktyabrdan aprel ayına keçirməsi, total ve təcili saxtakarlığa hesablanmış bir addımdır.

Belə bir düşünülmüş və şou məqsədi daşıyan seçkilərdə iştirak etməyin heç bir mənası və əhəmiyyəti yoxdur.

Məhz buna görə bu seçkiləri boykot edir və bütün tərəfdarlarımı gözlənilen kütləvi etiraz aksiyalarında aktiv iştirak etməyə çağırıram.

Bəri başdan onu da qeyd edim ki, bu seçkilərin nəticələrini legitim hesab etmirəm ve tamamilə qeyri-qanuni sayıram!”

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button