Hüseyn Abdullayevdən təbrik mesajı: “Bütün kədərlərimiz aradan qalxsın”

Məşhur siyasi mühacirlərdən Hüseyn Abdullayev Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik mesajı yayınlayıb. Xural.com Hüseyn Abdullayevin facebook statusunda yaydığı təbriki təqdim edir:

“Əziz həmvətənlərim!
Sizləri qarşıdan gələn yeni il münasibəti ilə təbrik edir, hər birinizə uzun ömür, möhkəm can sağlıgı diləyirəm. Qoy bu yeni il bizim istəklərimizin həyata keçdiyi və bütün kədərlərimizin aradan qalxdığı bir il olsun. Bilirəm, bu gün hansı xoş sözləri söyləsək də, ölkədə höküm sürən ağır və dözülməz iqtisadi böhran ürəklərin açılmasına, eləcə də sevinməsinə imkan vermir. Buna baxmayaraq, mən inanıram ki, çəkdiyimiz bütün üzüntülər, sevinc, hüzur və ən gözəl təəssüratlarla əvəz olunacaq. Bir daha hamınızı salamlayır, yeni ili xoş əhvali-ruhiyyədə qarşılamanızı arzu edirəm.”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button