Rubrikalar: GÜNDƏM XuralTAC

Hüseyn Abdullayevin anası: “Məni də tutun salın ora, oğlumu görmək istəyirəm”

Keçmiş deputat yenə məhkəməyə gətirilməyib

Sabiq deputat Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva və onlarla birlikdə təqsirləndirilən 7 nəfərin – Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin məhkəməsi davam edir. Təqsirləndirilən şəxslərdən Z.Abdullayeva və Dövlət Sərhəd Xidmətinin üç nəfər əməkdaşı – Həbib İbrahimov, Zaur Quliyev və Pərviz Kazımov ev dustaqlığındadır.

Sentyabrın 5-də Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyilə keçirilən prosesdə prokuror çıxış etməliydi. Lakin məlumat verilib ki, təqsirləndirilən şəxslər məhkəməyə gətirilməyib. Avqustun 21-nə təyin edilmiş bundan əvvəlki məhkəmə iclasına da təqsirləndirilən şəxslər gətirilməmişdi.

Bu dəfə də dustaqların gətirilmədiyi elan ediləndə Z.Abdullayeva etiraz edib. Ağlayaraq oğlundan nigaran olduğunu, onu görmək istədiyini bildirib: “Nə qədər qanunsuzluq, ədalətsizlik olar?”

Daha sonra dəmir barmaqlıqları göstərərək deyib: “Bizi bura niyə çağırırsınız? Mən hər dəfə övladımı görmək üçün bura gəlirəm. Amma onu gətirmirlər. Buranı niyə boş saxlamısınız? Açın, məni də salın bura. Hüseynin heç bir günahı yoxdur, nə olubsa, mənlikdir. Mən oğlumu görməsəm, gedən deyiləm”.

Məhkəmə iclasında Almaniya səfirliyinin katibi, H.Abdullayevin isveçrəli vəkili də iştirak edib.

Məhkəmə iclası sentyabrın 19-na təxirə salınıb.

Bu iş üzrə sonuncu dəfə məhkəmə iclası iyulun 9-da keçirilib. Həmin iclasda məhkəmə istintaqının başa çatdığı elan olunub. Növbəti məhkəmə iclasında prokuror Hüseyn Abdullayevə və digər təqsirləndirilən şəxslərə cəza istəyəcəkdi. Lakin məhkəmə iclası bir neçə dəfədir ki, təxirə salınır.

Dövlət Sərhəd Xidmətinin bu iş üzrə təqsirləndirilən üç əməkdaşı da həbsdə idi. Onlar məhkəmənin hazırlıq iclasında ev dustaqlığına buraxıldılar. Onlar Z.Abdullayevaya bacısının pasportuyla ölkədən gedib-gəlməkdə yardım etməkdə ittiham olunurlar.

H.Abdullayev və anası 1 milyon 436 min manat vergidən yayınmaqda, qanunsuz sahibkarlıqda, dələduzluqda və s. ittiham olunur. Onlar özlərini təqsirli bilmirlər.

Almaniyada sığınacaq almış H.Abdullayev ötən ilin aprelində Türkiyədə tutularaq Azərbaycana təhvil verilib.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • SİYASƏT
  • XuralTAC

Prezident İlham Əliyev əfv sərəncamı imzaladı

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Musavat.com-un Azərtac-a istinadən məlumatına görə, sərəncam dünyada koronavirus…

6 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

İlham :”Bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq…” – TAM MƏTN

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC…

6 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

Son raundun qalibi kim olacaq – dövlətlər, yoxsa zəngin ailələr?-ARAŞDIRMA

Ərgün Dilər “Takvim”, Türkiyə, 04 aprel 2020-ci il   ABŞ Mərkəzi Bankının rəhbəri olmuş Alan Qrinspen zamanındakı durumu “Əsrin böhranı” olaraq səciyyələndirmişdi. Daha sonra…

6 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

Azərbaycanda 7 nəfər koronavirusdan ölüb, 44-ü sağalıb

Azərbaycanda indiyə qədər koronavirusa yoluxanların sayı açıqlanıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Qeyd olunub ki, ümumilikdə,…

6 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

İsraildə koronovirus sürətlə yayılır-Yoluxma və ölü sayı artdı

İsraildə sutka ərzində Kovid-19 diaqnozu təsdiqlənən şəxslər 600 nəfər artaraq 8611 nəfərə çatıb, ölü sayı 51 olub. Avropa.info xəbər verir…

6 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

Böyük Britaniya hökuməti: “Koronavirus laboratoriyadan sızıb”

Yeni koronavirus Çinin Vuhan şəhərindəki bioloji tədqiqat laboratoriyasından sızıntı nəticəsində təbii yolla əmələ gəlib. “Report” “The Sun”a istinadən xəbər verir…

6 Aprel 2020
Xural.COM