Hüseyn Abdullayevin həbs müddəti artırıldı

Nəsimi Rayon Məhkəməsində sabiq deputat Hüseyn Abdullayevin barəsində seçilmiş həbs-qəimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətə baxılıb.
Məhkəmə vəsatəti təmin edib və “Quska” ləqəbi ilə tanınan iş adamı H.Abdullayevin həbs müddəti daha 3 ay uzadılıb.
Hüseyn Abdullayev parlament üzvü olarkən 2007-ci ildə iclaslardan birində Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalını yumruqla vurduğu üçün və iki il şərti cəza alaraq məhkəmə salonundan azad edilib. Bundan sonra Avropada yaşayan H.Abdullayev Türkiyə Respublikası ərazisində tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilib.
O, vergidən yayınma, dələduzlq, qanunsuz sahibkarlıq, hədə-qorxu ilə tələb etmə əməlləri ilə itiham edilir.
Qeyd edək ki, Hüseyn Abdullayevin bəzi şirkətləri anası Zeynəb Abdullayevanın adına olduğu üçün onun barəsində də cinayət işi başlanıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button