Rubrikalar: CƏMİYYƏT XuralTAC

Hüseynqulu Bağırovun ailə üzvlərinin Riqadakı oteli

Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun ailə üzvlərinin Latviyadakı şirkətləri barədə məlumat vermişdik. Latviyanın hökumət mənbələrində yer alan məlumatlara əsasən Hüseynqulu Bağırovun oğlu Lətif Bağırov, qızı Sevinc Bağırova, bacısı Duriya Nuriyeva, bibisi qızı Aliyə Nuriyeva, digər qohumu Liana Bağırova bu ölkədə ən iri azərbaycanlı investorlar statusundadır. Onların adına iki şirkət qeydiyyatdan keçib-“Stamina Hospitality Services”  və “NORDİC STAMİNA”.

Bu şirkətlərdən birincisi otel, sauna və digər qonaq evlərinin işlətməçiliyi, digəri isə özünə məxsus olan və ya kirayə götürülmüş daşınmaz əmlakın icarəyə verilməsi ilə məşğuldur.

Virtualaz.org internet mənbələrindən müəyyən edib ki, Hüseynqulu Bağırovun ailə üzvləri Liana, Sevinc və Lətif Bağırovların, eləcə də bacısı Duriyyə Nuriyevanın təsisçisi olduqları -“Stamina Hospitality Services”  şirkəti Riqada 3 ulduzlu və ailəvi “Annabella Hotel” otelini alıb. Bu oteldə qiymətlər 33 avrodan başlayır.

“Annabella Hotel” Riqanın mərkəzindən-şəhərin tarixi hissəsindən cəmi 7 km. məsafədə yerləşir(Caunes 15, Riga), Riqa aeroportundan isə 20 km. məsafədədir. Otelin 21 otağı var.

Ümumiyyətlə, şirkətlərin profili göstərir ki, Bağırovlar ailəsi Latviyada əsasən daşınmaz əmlaka yatırım edib və onların mülkiyyətində mənzillər, villalar, apartamentlər və digər otellər də ola bilər.

Otellər almaq və digər kommersiya daşınmaz əmlaka yatırım qoymaq digər azərbaycanlı oliqarxlar kimi Hüseynqulu Bağırovun da üstünlük verdiyi yatırım sahəsidir. Bundan əvvəl bloqqer Cavanşir Həsənli keçmiş nazirin Avropadakı otellərini və digər daşınmaz əmlaklarını tapıb üzə çıxarmışdı.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Mahmudovun ailəsinə miras qoyan Aslan Aşurov kimdir?

Azərbaycanın keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun övladları Anar və Nərgizin adına Böyük Britaniyada 100 milyon avroluq biznes və 19…

2 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Əvəz Zeynallı “Siyasət meydanı”nda: “Eldar Mahmudova 100 milyon funt sterlinq kimdən “miras” qalıb?”-VİDEO

1 iyun 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

2 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

İlham İsmayıl “Siyasət meydanı”nda: “Milli Məclisə Qarabağdan danışmaq qadağan olundu!”-VİDEO

1 iyun 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Milli Məclisdə Şuşa müzakirəsi – deputatlar üz-üzə gəldi

Milli Məclisin plenar iclasında çıxış edən deputat Vahid Əhmədov ordu rəhbərliyini tənqid etdi. O orduya rəhbərlik edənləri Azərbaycan dilini təmiz…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Azərbaycan Ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

“The Guardian”: Eldar Mahmudovun uşaqları Londonda çoxmilyonluq əmlaka sahibdirlər

Azərbaycanın keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun övladları tərəfindən Londonda bir sıra dəbdəbəli mülklərin alındığı ortaya çıxıb. Virtualaz.org “The Guardian” qəzetinin…

1 İyun 2020
Xural.COM