İ.Əliyev RF prezidentinə başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev RF prezidentinə Kemerovo şəhərində ticarət mərkəzində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı teleqramı göndərib.

“Kemerovo şəhərinin ticarət mərkəzində çoxsaylı insan tələfatına səbəb olmuş yanğın barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm”, deyə məktubda bildirilir.

Yanğın nəticəsində son məlumatlara görə 53 nəfər həlak olub, 16 nəfər itkin düşmüş hesab olunur.

İlkin məlumatlara görə həlak olanlar və zərərçəkmişlər arasında Azərbaycan vətəndaşları yoxdur, bu barədə ölkə XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib. (turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button