İbrahim Məmmədli – Arif Alışanov müharibəsi alovlandı…

gsrgsrgsrModerator.az oxucuların diqqətinə saytlardan birinə istinadən “Tülkü Həccə gedir” başlıqlı ibrətamiz yazı təqdim edir. Yazıdan görünür ki, artıq Az TV – də də mövqe savaşı açıq müstəviyə keçib və vaxtilə Nizami Xudiyevin sədr postundan hansı senariylə uzaqlaşdırıldığını təfsilatıyla bilən İbrahim Məmmədlinin Arif Alışanovun kreslosuna göz dikməsi, yaxud birincinin bundan şübhələnməsi bu cür sonluğun – didişmənin birinci mərhələsinin zühur etməsini ortaya qoyub. İbrahim Məmmədlinin Arif Alışanovu Nizami Xudiyevin arxasınca göndərib – göndərməyəcəyini isə zaman göstərəcək. Bu yazının məhz Arif Alışanovun sifarişiylə yazıldığını and içmək niyyətində deyilik, mühakimə yürütməyi oxucuların ixtiyarına buraxırıq…
Hər hansı bir şəxsin siyasi baxışlarında müəyyən dəyişikliklərin olması bizim cəmiyyətdə təbii qarşılanır. Siyasi proseslərin gedişindən, sosial statusun dəyişməsindən asılı olaraq, belə halların baş verməsi mümkündür. Amma adətən siyasi mövqeyini dəyişən insanlar fəaliyyətlərində kecmişlərini nəzərə alır, riyakar görünməkdən qorxurlar.
Siyasi əqidəsini vaxti ilə dəyişən, AzTV – nin sədr müavini İbrahim Məmmədli son günlər Dövlət Televiziyasının sədri Arif Alışanova və bütövlükdə dövlət strukturlarının rəhbərlərinə qarşı sanki müharibə elan edib. Özünü Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin adamı kimi təqdim edən İ.Məmmədli sözün əsl mənasında AzTV kimi bir qurumda sanki bir intriqa yuvası yaradıb. Əslində “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti barədə qalmaqallı yazıları özünün köhnə cəbhədə calışdığı keçmiş həmkarları vasitəsiylə mətbuata ötürən İ.Məmmədli Dövlət Televiziyasının sədri, millət vəkili Arif Alışanov haqqında mənfi rəy formalaşdırmağa çalışır. Sədrin ünvanına yalan dolu iftiraları və onun işlətmədiyi ifadələri şişirdərək bir növ cəmiyyətdə nüfuz sahibi olan və dövlətçiliyə xidmət edən Arif Alışanovu gözdən salmağa cəhdlər edir. Əslində İ.Məmmədlinin tabeçiliyində olduğu vəzifəli şəxsə qarşı belə çirkin oyunların aparması ən azından riyakarlıqdır. Ya da özündən razı qalmasıdır.
Bizə çox da uzaq olmayan yaxın tarixlərdə “Azadlıq” qəzetinin demək olar ki, hər nömrəsində müasir Azərbaycan dövlətinin qurucusu və memarı olan Heydər Əliyev və onun komandası haqqında ən çirkin və qərəzli yazıların müəllifi olan İbrahim Məmmədlinin kecmişinə bir nəzər salaq. Oxuculara maraqlı olsun deyə onun məqalələrindən bəzi qeydlərini təqdim edirik.
Azadlıq qəzeti 17 mart 1999-cu il
 
Heydər Əliyevin dostları yoxdur…
Nizami Qocayevin həbsi siyasi duruma, qüvvələr balansına bir necə mərhələdə təsir göstərib. Murtuz Ələsgərovun mövqelərinin bütövlükdə siyasi səhnədə zəifləməsi onu formalaşdırmaq istədiyi yeni komanda ücün də gərəksizləşdirib. Və nə qədər təəccüblü görünsə də M.Ələsgərovun mövqelərinin zəifləməsi qohumu Nurəddin Mustafayevin imkanlarını genişləndirib. Özünün təkzib etməsinə baxmayaraq, onun spiker ücün yeni siyasi komanda formalaşdırması haqda məlumatlar yayılmaqdadır.
Hakimiyyət daxilindəki informasiyalı mənbənin bildirdiyinə görə M. Ələsgərov indi əvvəllər rəhbərlik etmək iddiasında olduğu yeni komandaya hec olmasa Konstitusiya Məhkəməsinin sədri kimi daxil olmaq arzusundadır. Həm də təkcə özü ücün deyil, oğlu Fuad Ələsgərova da perspektivdə mövqelər təmin etmək niyyətindədir.
Güman etmək olar ki, dövlət strukturlarındakı iyerarxiya nərdivanında ikinci yeri tutmağa nail olmuş şəxsin sonrakı yerlərə yuvarlanması da onun ücün psixoloji problemlər yarada bilər. Nəhayət 0, ailə üzvü sayılan N. Qocayevin həbsxanada olmasını H. Əliyevə bağışlaya bilərmi? Onun Kalininsayağı sadiqliyi böyük şübhə doğurur. Elə H.Əliyevin də zərbə vurduğu şəxsi yaxınlıqda saxlamaq taktikasına üstünlük verəcəyi ehtimalı azdır.
Azadlıq qəzeti 13-15 mart 1999-cu il
 
Gecikmiş həbsin siyasi motivləri
Prokurorluq müstəqil olmadığını bir daha nümayiş etdirdi. Müxtəlif cinayət hadisələrində adı çoxdan hallanan Daxili İşlər Nazirliyi İstintaq İdarəsinin rəisi Nizami Qocayev məhz indi həbs olundu. Həbs üçün seçilmiş məqam H. Əliyevin siyasi kursuna daha çox xidmət edir. Spiker Murtuz Ələsgərovun H. Əliyevin xəstəliyindən yararlanaraq hakimiyyət içərisində hakimiyyət formalaşdırmaq cəhdləri haqda məlumatlar yayılmaqdadır. Və güman edilir ki, Nizami Qocayevin ötən il deyil, məhz indi həbs edilməsi də Murtuz Ələsgərovun “vurulması” prosesinin davamı deməkdir.
Artıq H. Əliyevin hakimiyyət rıçaqlarına təsirinin azalması Ramiz Mehdiyevin də ondan uzaqlaşmasına səbəb olub. Murtuz Ələsgərova müstəqil siyasi komanda formalaşdırmaq işində dəstək verənlər sırasında Ramiz Mehdiyevin də adı hallandırılır. Hətta müvafiq dairələrdə araşdırılan bəzi ehtimallara əsasən, R. Mehdiyev Təhlükəsizlik Şurasının Nizami Qocayevin də məsələsinin müzakirə edildiyi iclaslardan informasiyanı kənara çıxarmaqla onun həbsinə mane olurmuş. Digər məlumatlara görə Təhlükəsizlik Şurasının yığıncaqlarının steneoqramı bir sutkadan gec olmayaraq eks spiker, hazırda Nyu-Yorkda yaşayan Rəsul Quliyevə də çatdırılır. Güman etmək olar ki, bütün bunlar dövlət başçısının Ramiz Mehdiyevə inamını tükəndirib. H. Əliyevin R. Mehdiyevə inamının az olması haqda əvvəllər də söz-söhbət dolaşırdı.
Azadlıq qəzeti 5 mart 1999-cu il
 
İlham Əliyev atasının kölgəsindən çıxa biləcəkmi?
 
Müstəqil siyasətçi kimi səhnəyə daxil olmaq ücün müxalifət məşəqqətlərindən keçmək lazımdır.
Gənclərin 2-3 mart ümumrespublika forumundan çıxarılan əsas nəticə yenə də Heydər Əliyevin varislik planlarıyla bağlıdır. Ənənənin xilafına olaraq, iştirakçılar diqqəti çəkən siyasi çıxışı H.Əliyevdən deyil, İ.Əliyevdən eşitməli oldular. İ.Əliyev müxalifətin tənqidinə xüsusi yer ayıraraq siyasi mübarizədə əsas fiqur olmaq istəyini və siyasi lider mövqelərinə çıxdığını nəzərə çarpdırıb. Əksinə, H.Əliyev öz çıxışında siyasi rəqiblərə ünvanlanmış heç bir şey deməyib. Güman etmək olar ki, bu amil böyük Əliyevin öz siyasi mövqelərini tədricən kiçik Əliyevə verməsinin əsas göstəricilərindəndir. Ehtimal olunur ki, o bununla H.Əliyev–müxalifət mübarizəsini İ.Əliyev-müxalifət müstəvisinə keçirməyə calışır.
Elə bütövlükdə gənclər forumunun keçirilməsi də İ.Əliyevlə gənc nəslin birliyi atmosferinin yaradılmasına xidmət edir. İ.Əliyevin müxalifət haqqında danışarkən “Biz gənclər buna yol vermərik” deməsi də onun, daha doğrusu H.Əliyevin İ.Əliyevi yeni nəslin liderinə çevirməsi planlarından xəbər verir.
Belə görünür ki, dövlət başcısı İ.Əliyevi gənc nəslin lideri kimi təqdim etmək üçün təkçə təbliğatla kifayətlənmək niyyətində deyil. H.Əliyev gənclərin dövlət strukturlarında təmsil olunmasının tərəfdarı olduğunu deməklə çox güman ki, ”Özünü yaxşı aparanlara vəzifə də veriləcək.” fikrini dolayısı ilə istirakçılara çatdırmaq istəyib. Ancaq hadisələrin axını göstərir ki, H.Əliyev dövlət başçısı kimi öz öğlunun varisliyini təmin etməyin mümkünsüzlüyünü qəbul edir.
H.Əliyevin kölgəyə çəkiləcəyi və İ.Əliyevin ön plana çıxacağı təqdirdə belə kiçik Əliyev üçün müstəqil siyasətçi olduğunu ictimai fikrə yeritmək çətin olacaq.
Azadlıq qəzeti 30 aprel 1999-cu il
 
Siyasi mübarizənin yeni dövrü başlanır…
Ölkə getdikçə daha çox sosial problemlər məngənəsində boğulmağa başlayır. Artıq sosial problemlər sadə adamların gündəlik qayğısından tədricən siyasi partiyaların prioritet problemlərinə çevrilməkdədir. İndi hakimiyyət nümayəndələri özlərinin müxalifətdən olan opponentlərinin Qarabağ münaqişəsinin həlli və sosial böhran mövzusuna dair hücumları qarşısında zəiflik göstərirlər. Bu iki hədəfə hücum müxalifət üçün daha asan başa gələn və paralel olaraq hakimiyyətin zəifliyinin aşkar müşahidə edildiyi faktlardır.
Azadlıq qəzeti 6 fevral 2001
 
AXCP-yə güclü parlament lazımdır…
Hökumətin parlamentə hesabat verməsini anti-korrupsiya proqramının tərkib hissəsi kimi beynəlxalq maliyyə institutları da tələb edə bilərlər. Ancaq prezidentin sonuncu hadisə kimi Neft Fondunu parlamentə etibar etməməsi və öz nəzarətində saxlaması belə deməyə əsas verir ki, o, parlamentlə nəyisə bölüşmək niyyətində deyil.
***
Vaxtı ilə gəzet manşetlərində radikal müxalıfətci kimi bu iqtidari daima tənqid atəşinə tutan, dövlət başçısı və onun komandası haqqında qərəzli yazıların müəllifi olan İbrahim Məmmədlinin Dövlət Televiziyasında hamıya meydan oxuması başa düşülən deyil. Yenə də öz müxalifətçi həmkarlarına sadıq olan İ. Məmmədli məhz bu iqtidarın dönəmində vəzifə pillələrinə yiyələnmək naminə iqtidarın sadiq komandasıyla mübarizə aparır.
Bu iqtidar onsuz da İ. Məmmədlinin layiq olmadığı yaxşılığı edibsə onda bu şəxs niyə riyakarlıq edərək öz ambissiyalarından əl çəkmir? Bu sualın bir cavabı var! İnsanlara yaxşılığı qandığı qədər etmək lazımdır. Əslində belə saxta və riyakar insanları ifşa etməklə cəmiyyətdən təmizləmək lazımdır. Bir də satqınlıq edən insanlara qayıtmaq lazım deyil. Çünki onlar xasiyyətini dəyişən deyillər. Məşhur “Qatır Məmməd” filmindəki Göyüş kişiylə Məmmədin dialoqunda deyildiyi kimi Əzizə cox da inanma, Məmməd! Necə də olsa o sovet zabitidir. İndi İbrahim Məmmədli də satqın Əzizin müasir variantıdır..
aDFs Fafsgs fesdsgg rfsesfd sdfs

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button