İcra başçısı: “Ölənlərə də cavab verəcəyik…” – FOTO+VİDEO

xaleddin

Azadlıq prospektində yanan binaya baş çəkməyə gələn Binəqədi İcra hakimiyyətinin başçısı Xaləddin İskəndərovla zərərçəkənlər arasında mübahisə yaranıb.

Ölkə.az xəbər verir ki, icra başçısına etiraz edən vətəndaşlar onu baş verənlərdə günahlandırıblar. Yanan binanın sakinlərindən biri isə İcra başçısına “Yandırmısan, indi gəlin cavab verin də!”, – deyə, sərt etirazını bildirib.

Ətrafakı məmurlardan biri sakini hədələyib. Bu vaxt sakin, “hələ məni hədələyirsən?” deyə cavab verib. İcra hakimi X.İsgəndərov  sakinə yardım edilməsi əmrini versə də, “mənim burada nənəm yanıb… Heç bir işlə məşğul deyilsiniz. Ölənlərə cavab verəcəksiniz?” sualına icra başçısı “ölənlərə də cavab verəcəyik” deyib.

Xatırladaq ki, mənzilləri yanan vətəndaşların qalması üçün ayrılmış evlər uzaq olduğundan sakinlərin əksəriyyəti o evlərə getməkdən imtina edərək müvəqqəti olaraq şəhərdəki qohumlarının evlərində yerləşiblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button