İcra başçısı Zəlimxan Yaqubun dükanlarını əlindən alır

İbrahim Mehdiyev şairin «Sara» dükanlar şəbəkəsini çökdürür

 Dünən redaksiyamıza daxil olan məlumatlara əsasən, Azərbaycanın xalq şairi Zəlimxan Yaqubla Yasamal Rayon İcra Hakimiyyətinin başçısı arasında ciddi narazılıq yaranıb. Məlumat verən mənbə bildirir ki, buna səbəb başçının şairin rayon ərazisindəki tikinti malları satılan dükanlarını əlindən almaq istəməsidir. Bildirilir ki, Yasamal rayonu Şərifzadə küçəsindəki «Sara» dükanlar şəbəkəsi şairin əlindən alına bilər. Bir neçə gündür ki, icra başçısının yaxın adamları dükana gələrək qısa zamanda onun bazar qiymətlərindən aşağı satılmasını istəyiblər. Əsasən Borçalıdan olan soydaşlarımızın çalışdığı bu dükanların ümumi həcmi 200 kvadrat metrdən çoxdur. Qeyd edilir ki, dükanın mülkiyyətçiliyi ilə bağlı olaraq şairin ailə üzvlərinin birinin adına rəsmiləşdirilmiş bütün sənədləri var.

Amma buna baxmayaraq özlərini icra başçısı İbrahim Mehdiyevin adamları kimi təqdim edən bir neçə nəfər şəxs dükanların alınmasında israr göstərirlər. Məlumat verən mənbə bildirir ki, şairin dükanının əlindən alınması prosesi ən qısa zamanda yekunlaşmalıdır. Bundan başqa, dünən xəbər saytlarında da məlumat verilib ki, şairin həmçinin də Dərnəgül şosseində olan tikinti materialları bazarı da əlindən alına bilər. Mövzu ilə bağlı dünən xalq şairinin evinə dəfələrlə telefon açsaq da, qarşı tərəfin mövqeyini öyrənə bilmədik.

“Xural” qəzeti,

il 9, sayı: 045 (453), 28 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button