İcra başçısını gülləboran elədilər

 

Ağstafa rayonunun başçısı ölümdən qurtuldu

 Ağstafa rayonunun Köhnə Qışlaq kəndində əhali ilə görüş keçirən rayon icra başçısı Məhərrəm Quliyev Ermənistan tərəfdən atılan güllə yağışına məruz qalıb.

Bu barədə XuralTAC-a rayon sakinləri məlumat veriblər. Bildirilir ki, Köhnə Qışlaq kəndi Ermənistanın Bert rayonu ilə sərhəddə yerləşir. Bu ilin iyul ayında icra başçısı təyin olunan M.Quliyevin kəndə getməkdə məqsədi əhali ilə tanışlıq, onların problemləri ilə yerində maraqlanmaq və şikayətlərini eşitmək olub.

Ancaq Ermənistan tərəfdən atəşkəsin pozulması və açıq havada keçirilən görüşün gülləbaran edilməsi icra başçısını iclası təəcili tərk etməyə vadar edib.

Ölən və yaralananlar haqda bilgi verilmir.

Məlumat redaksiyamıza gec daxil olduğu üçün, faktı dəqiqləşdirə bilmədik. Xəbər agentliklərində də atəşkəsin pozulması ilə bağlı məlumata rast gəlmədik.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 045 (453), 28 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button