İcra başçısının oğluna hökm oxundu

Səbail rayon icra başçısı Asif Əsgərov
Səbail rayon icra başçısı Asif Əsgərov

Bakı Ağır Cinayətlər Məhkəməsində İlham Əsgərlinin və Əhliman Süleymanovun cinayət işi üzrə son məhkəmə prosesi keçirilib.

Ölümlə nəticələnən yol nəqliyyat handisəsini törətməkdə təqsirləndirilən və barələrində ev dustaqlığı qətimkan tədbiri seçilən hər iki şəxs məhkəmədə iştirak edib.

Hakim Ramella Allahverdiyeva təqsirləndirilən şəxslərə hökm oxuyub.

Hökmə əsasən, İlham Əsgərli 5 il 6 ay, Əhliman Süleymanov isə 6 il müddətində azadlıqdan məhrumetmə cəzası verilib.

Hər iki şəxs məhkəmə zalında həbs olunub. Qeyd edək ki, dövlət ittihamçısı İlham Əsgərlinin Cinayət Məcəlləsinin 263-1.3 maddəsi ilə təqsirli bilinərək 6 il 6 ay, Əhliman Süleymanovun isə 263.2 maddəsi ilə təqsirli bilinərək, 6 il azadlıqdan məhrum edilməsini, həmçinin hər ikisi barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs-qətimkan tədbiri ilə əvəzlənməsini məhkəmədən xahiş etmişdi.

İttiham aktına əsasən, ötən il sentyabrın 29-da İlham Əsgərlinin sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes S500” markalı avtomobillin Zığ-aeroport yolunda yük maşını ilə toqquşaraq qəza törətməsi nəticəsində özü və Pərvin Fətullayev xəsarət almış, Sənan Mirzəyev isə xəstəxanada dünyasını dəyişmişdir. Belə ki, “Mercedes” markalı avtomobil Əhliman Süleymanovun idarə etdiyi “Howo” markalı yük maşınına çırpılıb.

Hadisə ilə bağlı təqsirləndirilən şəxslərə 263-1.3 ( Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-) və 263.2-ci (263 Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ititham irəli sürülmüşdür. Qeyd edək ki, qəzada dünyasını dəyişən S.Mirzəyev “McDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu, İlham Əsgərli isə Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğludur.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button