Rubrikalar: CƏMİYYƏT XuralTAC

İcraçı direktor:“Lyukla bağlı olayı “Formula 1”də son 20 ildə 6 və ya 7-ci dəfədir baş verir”

“Yarış çox yaxşı keçdi, yetərincə ötmələr vardı. Başlanğıcda bir qədər sakitçilik olsa da, sonradan maraqlı mübarizə izləyə bildik”.

Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinin nəticələri barədə danışarkən deyib.

Onun sözlərinə görə, yarış ərzində ötmələr, qəza və digər elementlər görmək olub: “Daniel Rikkardonun yoldan çıxandan sonra bolidini geri verən zaman Daniil Kvyatın maşını vurması maraqlı idi. Yarış insidentsiz keçdi, çox böyük publika vardı. Ötən mövsüm olduğu qədər ajiotaj vardı. Əvvəlki illərdə insanlar daha çox konsert proqramlarına maraq göstərirdilərsə, bu dəfə əsas fikirlərini yarışa yönəltmişdilər. Fikrimcə, bu ilki yarışla bağlı daha çox təsnifat mərhələsi yadda qalacaq”.

A.Rəhimov birinci sərbəst yürüş zamanı Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassellin idarə etdiyi bolidin trasdakı kanalizasiya lyukunun qapağına ilişərək zərər görməsinə də toxunub: “Lyukla bağlı olayı “Formula 1”də son 20 ildə 6 və ya 7-ci dəfədir baş verir. Bu, şəhər traslarında tez-tez olur. Monakoda iki dəfə, eləcə də Çin və Malayziya kimi qeyri-şəhər traslarında yaşanıb. Bizim səhvimdir, heç bir insident baş vermədən yoluna qoyduq”.

İcraçı direktor SOCAR Azərbaycan Qran-prisinin 2020-ci ildə hansı tarixlərdə baş tutacağını bilmədiklərini deyib: “Formula 1” rəhbərliyi ilə danışırıq. Onlar bizə ilkin təqvimlərini verməlidirlər. İstənilən halda, elə edəcəyik ki, Bakıda “Formula 1”lə AVRO-2020-nin final mərhələsinin oyunları eyni həftəyə düşməsin”.

Qeyd edək ki, SOCAR Azərbaycan Qran-prisinin qalibi “Mercedes”in pilotu Valtteri Bottas olub/Report

Paylaş:

Share

Son Əlavələr

Əvəz Zeynallıdan Kanal13-ə sensasion müsahibə: “O qədər qudurublar ki…”-VİDEO

  "MÜZAKİRƏ SAATI"-nın qonağı tanınmış jurnalist, "Xural.com"saytının baş redaktoru Əvəz Zeynallıdır. Əvəz bəylə ölkə gündəmini müzakirə etdik. Gündəmi zəbt etmiş…

16 İyul 2019 3:06 səhər

“Meqafon” Azərbaycan xalqından rəsmi şəkildə üzr istədi

Rusiyanın "Meqafon" şirkəti Azərbaycan dövlətindən və xalqından rəsmi şəkildə üzr istəyib. "Report" xəbər verir ki, bu barədə şirkətin Mətbuat xidmətinin…

16 İyul 2019 2:52 səhər

Xural TV-nin “Siyasət meydanı”nda Pənah Hüseyndir-VİDEO

Əvəz Zeynallının moderatorluğunda Xural TV-nin “Siyasət meydanı” layihəsində bu gün qonağımız Elçibəy hökumətinin Baş Naziri, Azərbaycan Xalq Partiyasının sədri Pənah…

16 İyul 2019 2:46 səhər

Mirşahin “Qaynar Qazan”da: “İlham Əliyev dövlətdir”-VİDEO

Real TV-nin rəhbəri Mirşahin Ağayev "Qaynar Qazan"da... Əvəz Zeynallının təqdimatında “Qaynar Qazan”ın 54-cü qonağı REAL TV-nin rəhbəri Mirşahin Ağayevdir. Mirşahinlə…

16 İyul 2019 2:38 səhər

”Keşikçidağ”da insident yaşanıb

18.25.Gürcüstan Sərhəd Polisinin sədr müavini Teymuraz Kupatadze Keşikçi Dağı Məbəd-Kompleksində baş verən insidentə aydınlıq gətirib. Müavin azərbaycanlı sərhədçilərin məbəddən ikonaları…

16 İyul 2019 2:32 səhər

Pənah Hüseyn AXC-nin quruluş tarixindən yazdı

Pənah Hüseyn Elçibəy hökumətinin Baş Naziri, Azərbaycan Xalq Partiyasının sədri   Məlum olduğu kimi, iyulun 16-da Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının…

15 İyul 2019 1:24 axşam
Xural.COM