İctimai Palata Azərbaycanda hakimiyyətin dəyişdirilməsini qarşısına məqsəd qoyur

04.02.2012

İctimai Palatanın (İP) bugünkü sessiyasında 2012-ci ildə qurumun fəaliyyətinin əsas məqsəd və istiqamətləri təsdiqlənib. Əsasən İP insan hüquqlarının təminatını, toplaşma azadlığını, demokratik seçkilər üçün şəraitin yaradılmasını qarşısına vəzifə qoyur.

İP vahid demokratik qüvvələrin formalaşdırılmasına nail olmaq və beynəlxalq birliklə birgə 2013-cü il prezident seçkiləri zamanı İlham Əliyevin üçüncü dəfə prezident postuna namizədliyinin irəli sürülməsinə yol verməmək niyyətindədir.

İP İ.Əliyevin istefasına, kardinal demokratik islahatların həyata keçirilməsinə nail olmaq niyyətindədir. Müsavat Partiyasının lideri İsa Qəmbər bildirib ki, bu məqsədə çatmaq üçün İP “Demokratiyaya yumşaq keçid” yol xəritəsini reallaşdırmağa çalışacaq.

Yaxın vaxtlarda İP siyasi məhbusların azadlığa buraxılması və demokratik islahatların həyata keçirilməsi tələbilə etiraz aksiyalarını bərpa edəcək.

“Əgər hakimiyyət siyasi məhbusları azad etməsə, biz öz tərərdarlarımızla üzərində siyasi məhbusların əksi olan köynəkləri geyinərək “Eurovision-2102” mahnı müsabiqəsinə gedəcəyik”, – Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli qeyd edib. O bildirib ki, demokratik dəyişikliklərin tərəfdarları vahid xalq hərəkatında birləşəcək.

İP qəbul etdiyi bəyanatda havaların soyuması ilə ölkənin iflic vəziyyətinə düşməsini “pis idarəçiliyin” daha bir göstəricisi sayır.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button