İctimai Palatada dava düşüb?

Köçəri Nağıbəyli onu siyahıya Daxili İşlər naziri kimi salmayanlara etiraz edib?!Pənah Hüseynin «kölgə kabineti» ideyası İctimai Palatada böyük narazılığa səbəb olub. Müsavat başqanı İsa Qəmbərin prezident, AXCP sədri Əli Kərimlinin Milli Məclisin sədri, professor Cəmil Həsənlinin, ÜP sədri İqbal Ağazadənin və VHP sədri Sabir Rüstəmxanlının Milli Məclisin sədr müavinləri, sabiq baş nazir Pənah Hüseynin baş nazir, hazırda Türkiyədə fəaliyyət göstərən Vurğun Əyyubun Təhsil naziri, AXCP sədrinin müavini Razi Nurullayevin Xarici İşlər naziri, heç bir işlə məşğul olmayan Köçəri Nağıbəylinin Azərbaycan Respublikası Prezidentinin protokol xidmətinin rəisi, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunun Prezident Adminitsrasiyasının İctimai-Siyasi məsələlər şöbəsinin müdiri, KXCP sədri Mirmahmud Mirəlioğlunun Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, BAB sədri Aqil Səmədbəylinin Ədliyyə naziri, Müsavat başqanının müavini Arzu Səmədbəylinin Vergilər naziri, AXCP sədrinin müavini Gözəl Bayramlının Alilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri olacağı bəyan edilən siyahının mətbuata çıxması ilə aləm qarışdı. 

XuralTAC-a daxil olan bilgilərə görə, siyahının açıqlanması İP-in Koordinasiya Şurasında da böyük narazılığa səbəb olub. KŞ üzvü Köçəri Nağıbəyli ona Daxili İşlər naziri postunun verilməsini tələb edib və verilən vəzifə ilə razılaşmayacağını bildirib. Məsələnin qəlizləşdiyini görən KŞ üzvləri Köçəri Nağıbəyliyə bunun sadəcə hələlik bir təxəyyül olduğunu izah etməyə çalışsalar da, buna nail ola bilməyiblər. Şuranın məcbur qalaraq Pənah Hüseynin təkliflərinə qadağa qoymasının səbəblərindən biri də budur. Bununla da KŞ Köçəri Nağıbəylinin qarşısından çəkilib.

«Nə də olsa onu bura göndərən tanınmış adamlar var. Onların xatirinə bir şey deyə bilmirik» – bunu da XuralTAC əməkdaşına KŞ üzvlərindən biri söyləyib.

XuralTAC

“Xural” qəzeti,

İl: 9, sayı: 021 (429), 05 – 11 iyun 2011-ci il

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button