İctimai Palatadan Qərbi Azərbaycanlılara böyük jest

perviz semedbeyliQurumun təsisçi üzvü Pərviz Səmədbəyli Qəşəm Aslanovun və Yunis Rzayevin xatirəsinin əbədiləşdirilməsi üçün imzatoplama kampaniyasına start verib… 1970-80-ci illərdə Azərbaycan Respublikasının müxtəlif sahələrində fəaliyyət göstərən Qəşəm Aslanovun və Yunis Rzayevin xatirələri Qərbi Azərbaycanlılar üçün həmişə doğmadır. Vaxtilə İsmayıllı Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışan Qəşəm Aslanov indi də bu rayonun camaatı tərəfindən xoş xatirələrlə xatırlanır. Onunla bir dövrdə yaşayan və Azərbaycan Respublikası Yüngül Sənaye naziri vəzifəsini tutan Yunis Rzayev də həm Qərbi Azərbaycanlılar arasında, həm də bütün Azərbaycanda şöhrət qazanmışdı. İndi budur, Qəşəm Aslanovun və Yunis Rzayevin xatirələrinin əbədiləşdirilməsi istiqamətində müəyyən addımlar atılır. İctimai Palatanın üzvü, əslən Qərbi Azərbaycandan olan Pərviz Səmədbəyli onların xatirələrinin əbədiləşdirilməsi üçün ölkənin ali rəhbərliyinə müraciət hazırlayıb və bu müraciəti İctimai Palatının üzvləri arasında imzaya açıb. «Artıq müraciəti imzalayan çoxsaylı üzvlər həqiqətən Qəşəm Aslanovun və Yunis Rzayevin xatirələrini əbədiləşdirmək fikrini bəyənirlər. İndiyə qədər Qərbi Azərbaycanlıların adından çox təşkilatlar yaranıb. Amma təəssüf ki, onların bir çoxu qarşılarına qoyduqları vəzifələri layiqincə yerinə yetirə bilməyiblər. Biz çalışacağıq ki, bu insanların xatirələri əbədiləşdirilsin» – deyə Pərviz Səmədbəyli XuralTAC əməkdaşına bildirib.

XuralTAC

“Xural” qəzeti,

İl: 9, sayı: 021 (429), 05 – 11 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button