İctimaiyyət Mehman Əliyevin həbsinə görə toplandı – Müdafiə Komitəsi yaradıldı-VIDEO

I hissə:

II hissə:

“Turan” İnformasiya Agentıyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı avqustun 26-da Müsavat Partiyasının qərargahında ictimaiyyət təmsilçilərinin toplantısı keçirilib.

“Xural”qəzetinin baş redaktoru Əvəz Zeynallı baş verənləri “hamını bir yer toplayan şəxsin həbsi” kimi dəyərləndirib. Onun fikrincə, bu həbs ölkədə bütünlükdə mövcud durumun göstəricisidir:

“Bu “qırmızı xətt”in “qırmızı xətt”inin keçilməsidir. Mehman Əliyev dünya çapında tanınan şəxsdir. Onun həbsilə hakimiyyət azad sözə meydan vermək istəmədiyini ortaya qoyub”.

Ə.Zeynallı deyib ki, M.Əliyevin müdafiəsi onun azadlığa çıxması ilə başa çatmallıdır.

“Əsas məqsəd azad sözü boğmaqdır”

“Mən təklif edirəm ki, ölkənin demokratik ictimaiyyətinə ünvanlanan bəyanat qəbul edək”. Bunu isə Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri İsa Qəmbər bildirib.

İ.Qəmbərə görə, M.Əlievin həbsinin əsas səbəbi hakimiyyətin ölkədə yeganə yerli müstəqil informasiya qurum ilə də barışmamasıdır: “Əsas məqsəd azad sözü boğmaqdır ki, bu da ölkədə durumun ağırlaşmasından xəbər verir”.

MSDM rəhbəri deyib ki, son vaxtlar Qərb Azərbaycan hakimiyyətilə danışmırdı. İndi M.Əliyevi həbs etməklə Azərbaycan hakimiyyəti Qərblə danışmaq istəyir: “Qərb bu hakimiyyətlə danışacaq. Amma “bazarlıq” aparmayacaq”

“Azad medianın kökü qazılır”

AXCP sədri Əli Kərimli isə hesab edir ki, bu həbslə rəsmi Bakı xalqa mesaj verib: “Burada söhbət təkcə Mehman Əliyevdən və ya mediadan getmir. Bütünlükdə xalq imthana çəkilir. Hakimiyyətin sistemli savaşı nəticəsində müxalifət kifayyət qədər zəifləyib, azad medianın kökü qazılır. Xalq da düşünür ki, onu bir neçə müxalif qüvvə və ziyalı xilsa edəcək. Amma ümumxalq hərəkatı olmayınca ölkə və xalq xilas ola bilməyəcək. Hamı bu hərəkata qoşulmalıdır. Çünki, bu bütün xalqın taleyidir”.

Müsavat Partiyasının başqanı Arif Hacili isə deyib ki, çıxış yolunu bütün qüvvələrin birləşməsində görür.

Tədbirdə çıxş edən digər natiqlər də M.Əliyevin həbsini və ümumilikdə ölkədəki ictimai-siyasi durumu tənqid ediblər.

Tədbirdə qərara alınıb ki, M.Əliyevin hüquqlarını Müfafiə Komitəsi avqustun 28-də toplansın və komitənin tərkibi açıqlansın.










 

Azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button