İdman yarışlarında saxta və baha bilet satışı…

milli-meclis4Milli Məclisdə bununla bağlı qanun dəyişikliyi edildi

Milli Məclisdə “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Dəyişiklikyə əsasən, kütləvi idman tədbirləri zamanı zorakılığın və giriş biletlərinin saxtalaşmasının, yüksək qiymətə satışının qarşısının alınması məsuliyyətə səbəb olacaq. Bununla bağlı müvafiq olaraq Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə də dəyişikliklər edilib. Millət vəkili Rauf Əliyev bildirib ki, ölkəmizdə son illər mötəbər idman yarışlarının kemirilməsi təcribəsi artıb, həmşinin gələcəkdə böyük idman yarışları keçiriləcək. Bu səbəbdən sözügedən dəyişikliklər vacibdir. Qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Aytən Mustafayeva ali məktəblərdə bədən tərbiyəsi fənninin götürülməsini çox böyük səhv addım adlandırıb. O, həmçinin, orta məktəblərdə Hərbi hazırlıq dərslərinin ləğv edilməsinin də yanlış olduğunu diqqətə çatdırıb. Millət vəkili Gölçöhrə Məmmədova isə deyib ki, universitetlər ali təhsil verən qurumlardır: “Bu gün baloniya sistemidir. Burada əsasən mütəxəssis formalaşdırılmasına xidmət edən fənlərə yer verirlər. Ona görə də, bunlara çox yer ayrılmayıb. Lakin bu o demək deyil ki, bədən tərbiyəsi birdəfəlik universitetlərdən çıxarılıb. Bunun üçün xüsusi klub yaradılıb. Tələbələr də onların zamanı olan vaxt o klublara gedirlər. Hər bir tələbə isə özü istədiyi idman növü ilə məşğul ola bilir. Universitetlər də tələbələrin həvəsini yerinə yetirmək üçün lazımi şəraiti yaradırlar. Bu məsələdə narahat olmağa ehtiyac yoxdur”. Siqaretin qadağası ilə bağlı qanun qəbul etməliyik” – Fuad Muradov Deputat Fuad Muradov isə siqaret aeyhinə kampaniyaların vacib olduğunu deyib. O, sözügedən qanun layihəsinin 41.4 maddəsində nəzərdə tutulan kütləvi yerlərdə keçirilən idman tədbirlərinə qadağalar qoyulması məsələsinə də münasibət bildirib. Deputat qeyd edib ki, maddədə siqaret çəkmək, alkoqollu içkilərə qadağa qoyulması məsələsi öz əksini tapıb: “Mən bilirəm ki, bir çox qanunlarımızda siqaretlə bağlı məhdudiyyətlər var. Çox yaxşı olardı ki, biz bunları bir araya yığıb siqaretin qadağası ilə bağlı qanun qəbul edək. Bu gün gənc nəslə siqaretlə bağlı təsir edən çox ciddi problemlər var. Biz öz məsuliyyətimizi dərk edərək gələn həftədən gənclər təşkilatları ilə birlikdə siqaret əleyhinə böyük bir kampaniyaya başlayacağıq. Düşünürəm ki, Milli Məclis də bundan kənarda qalmamalıdır” – deyə deputat bildirib. O qeyd edib ki, bu gün bütün regionlarda Olimpiya Kompleksi olsa da, problemlər mövcuddur. Fuad Muradovun fikrincə, gələcəkdə həmin komplekslərin büdcədən maliyyələşməsi məsələsinə baxılmalıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button