İdmançımız “Xocalı” faciəsinə etirazını belə bildirdi!

Nəriman Abbasov

Moskvada keçirilən MMA üzrə “Fight Night Global” turnirində “Qəbələ” İdman Klubunun üzvü Nəriman Abbasov da iştirak edir. Sport7.az xəbər verir ki, təmsilçimiz 1/4 finalda rus idmançısı Nikolay Qapanovla üzü-üzə gəlib.

Xural.com sport.az-a istinadən xəbər verir ki, döyüş həmyerlimizin qələbəsi ilə başa çatıb. Qələbə ilə yanaşı, Abbasovun rinqə çıxmamışdan əvvəl atdığı addımı da alqışa layiqdir. Məsələ burasındadı ki, o, rinqə dəvət olunarkən, üzərində “Khojaly Genocide” yazılan formanı geyinib. Döyüş Xocalı faciəsinin 24-cü il dönümünə təsadüf etdiyindən, idmançımız turnirdə iştirak edənlərə 1992-ci il fevralın 26-da yaşanan soyqırımı xatırladıb. İş burasındadı ki, yarışa erməni iştirakçılar da qatılıb. Nəriman Abbasovdan sonra məhz meydana erməni idmançısı çıxıb.

Qaydalara əsasən, idmançıların siyasi şüarlar olan formalardan istifadə etməsi qadağan olunur. Qabaqcadan aşkarlandığı halda, buna icazə verilmir. Ancaq Abbasovla yanaşı, məşqçilər korpusu son anda formalardan istifadə edib və istəklərinə nail olublar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button