İdrak Abbasovun apellyasiya şikayəti təmin olunmadı

1047806.11.2013
DİN rəsmisi isə məhkəmədə bəyan edib ki, jurnalisin fiziki zorakılığa məruz qalması ilə bağlı cinayət işinin istintaqı 19 aydırkı davam edir

Bu gün Bakı Apellayasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrili ilə qapalı keçirilən məhkəmə prosesində jurnalist İdrak Abbasovun 2012-ci il aprelin 18-də vəzifə borcunu icra edərkən SOCAR əməkdaşları tərəfindən qəddarlıqla döyülməsinə dair istintaqın hərəkətsiziliyindən verdiyi şikayət üzrə məhəmə prosesi olub. Məhkəmə jurnalistin iddiasını təmin etməyib.
Jurnalistin verdiyi məlumata görə, hadisədən 1 il 7 ay vaxt keçməsinə, bütün beynəlxalq təşkilatların tələblərinə baxmayaraq onu qəddarlıqla döyənlərdən kimsə hələ də məsuliyyətə cəlb edilməyib: “Prosesdə istintaqı aparan Daxili İşlər Nazirliyinin Baş Təhqiqat İdarəsinin müstəntiqi Tofiq Nəbibəyli də iştirak edirdi. O bildirdi ki, hadisənin miqyası çox böyük olduğu üçün, güya istintaqı yekunlaşdıra bilmir. Həm də o bildirdi ki, işin icraatına xitam verilməyib və güya istintaqın gedişi ilə bağlı mənə mütəmadi məlumat verilir. Amma mən son 7-8 ayda istintaq barədə heç bir məlumat verilməyib. Bu səbədən də düşünürəm ki, yuxarının tapşırığı ilə ya bu işə xitam verilibi, ya da işi baxılmamış saxlamaq istəyirlər. Bu səbəbdən də məhkəmədən istintaq aparan orqanın üzərinə istitaqın gedişi barədə mənə məlumat vermək vəzifəsini qoyulmasını xahiş etdim. Hakim də mənim haqlı olduğumu, amma işin icraatının dayandırılmadığıni qeyd edərək ilkin məhkəmə instansiyasının qərarını qüvvədə saxladı”.
İ.Abasovun sözlərinə görə, əslində istintaq çoxdan yekunlaşıb, işdə cavabdehlər və zərəçəkənlər də məlumdur. Amma işin məhkəməyə göndərilməsinə yuxarı səviyyədə razılıq verilməyib: “Qəddarlıqla döyüldüyümə görə ciddi bədən xəsarətləri almışam. Qabırğalarım sındırılmışdı, sağ gözüm zədələnib və hazırda da bu gözlə çox zəif görürəm. Daxili orqanlarım, böyrəyim zədələnmişdi. Bir sözlə məni yarıcan etmişdilər. Amma kimsə bu hadisəyə görə məsuliyyətə cəlb edilməyib. Bu müddət ərzində isə SOCAR prezidenti Rövnəq Abdullayev ayrı-ayrı media orqanlarına müsahibədə mənə böhtan atmaqla, hətta məni təhqir etməklə məşğul olub. İstintaq isə susur. Habelə istintaq qarşısında mən və Media Hüququ İnstitutunun mənə ayırdığı vəkillər dəfələrlə vəsatət qaldıraraq cinayət işinin Cinayət Məcəlləsinin 163-cü maddəsinə tövsüv edilməsini də tələb etmişik. Amma heç bir fayda yoxdur. Əslində bu cinayət işini yekunlaşdırıb işi məhkəyə göndərmək üçün siyasi iradə lazımdır. Əgər yuxarıdan belə bir göstəriş gəlməsə, mən inanmıram ki, bu hadisəyə görə kimsə cəzalandırısın. Çünki indiyə qədər Azərbaycanda tənqidçi jurnalistlərə qarşı olan cinayət işlərinin heç biri sona çatdırılmayıb”.
Jurnalistin sözünə görə, Apellyasiya Məhkəməsinin qərarını alandan sonra Avropa Məhkəməsinə şikayət edəcək.

Cavid Qurbanov

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button