İki ahıl molla müstəri üstündə dalaşdı – VİDEO

ahil mollaBiri digərini qanına buladı

Bu günlər sosial şəbəkələrdə iki ahıl yaşda olan mollanın dalaşmasını göstərən video yayılıb. xural.com -un əldə etdiyi məlumata görə, təqribən 80 yaşına yaxın olan bu mollalar qəbiristanlıqda “Yasin” surəsi oxumaq üstündə dalaşıblar.

Mollalardan biri digərinin “haqqına girib”. Bir neçə dəfə bu haqsızlığı yola verən mollalardan digərinin səbr kasası dolub və son üsul kimi yumruğa əl atıb. Məzarlıqda olan və qocaların davasını izləyən gənclər bir neçə dəqiqədən sonra onları ayırmalı olduqlarının fərqinə varıblar. Lakin qocalar o qədər bir-birindən bərk yapışıblar ki, onları ayırmaq mümkün olmayıb.

Mollalar dava zamanı bir-birlərini ağır söyüşlərlə təhqir ediblər. Hələ o da bir başqa məsələdir ki,

Quranı pulla oxumaq: olar ya olmaz?

xural.com  -ın islam.az -a istinadən verdiyi məlumata görə, Qurani-kərim oxumaq üçün muzd almağın halal olub-olmaması barədə alimlərin fikirləri fərqlidir. Bəzi mənbələrdə Həzrət Mühəmməd Peyğəmbərin (s) dilindən elə hədislərə rast gəlirik ki, bunlarda Quran oxumağı qazanc mənbəyinə çevirənlər tənqid və məzəmmət edilirlər. Amma bunun müqabilində başqa bir qrup hədislər də var ki, bunlardan çıxış edərək bəzi şərtlər daxilində muzdla Quran oxumağın icazəli olduğu məlum olur.

Ölü ilə bağlı bir neçə əməl var ki, onları icra etmək üçün pul alınmaz. Bunlara vacibi-kifayi deyilir. Bu əməllərin sayı üçdür: ölüyə İslam şəriətinə uyğun olaraq qüsl verib kəfənə tutmaq, dəfn etmək və cənazə namazını qılmaq.

Daha bir məqam: mərhum şəxsin ruhuna hədiyyə olaraq Quran oxuyarkən həm sifarişçinin, həm də icraçının müəyyən bir əxlaq və insaf çərçivəsində davranmaları məsləhətdir. Yəni Quran oxuyan adam bunun üçün xüsusi bir məbləğ istədiyini dillə deməməlidir. Heç kimi məcbur edən yoxdur ki, ölüsü üçün başqasına muzdla Quran oxutdursun. Heç Allah da bunu tələb etmir və bu işi müstəhəb əməl kimi hər kəsin öz ixtiyarına buraxıb. Bahalıqdan şikayət edən və pulunu cibində saxlamaq istəyən adam özü zəhmət çəkib öz ölüsünün ruhuna Quran oxuya bilər.

xural.com 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button