İki azərbaycanlı Rusiyadan deportasiya olundu

650426.07.2013

Rusiyanın Saratov vilayətində qeyri-qanuni yaşayan iki Azərbaycan vətəndaşı ölkədən deportasiya olunub.

APA-nın Rusiya bürosunun məlumatına görə, Saratov vilayətinin Engels şəhərində polis tərəfindən yaşayış müddəti qaydalarını pozan iki Azərbaycan vətəndaşı saxlanılıb. Onlar xarici vətəndaşların saxlanması mərkəzinə aparılıb. Azərbaycan vətəndaşları barəsində inzibati cəza seçilib və onların Rusiya ərazisindən çıxarılmaları haqqında qərar qəbul olunub.

Hər iki şəxs Saratov-Bakı təyyarəsinə mindirilərək, Azərbaycana deportasiya olunublar. Azərbaycan vətəndaşlarının 5 il ərzində Rusiyaya gəlməsinə qadağa qoyulub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button