Rubrikalar: ARAŞDIRMA DÜNYA XuralTAC

İki böyük demokratiyanın qürubu – Tramp və Conson necə seçildi?

Cefri Saks

“Project Syndicate”, 25.07.2019

Necə oldu ki, dünyanın ən nüfuzlu və ehtiram göstərilən iki demokratiyasının – Birləşmiş Krallıq və ABŞ-ın sükanı Donald Tramp və Boris Consonun əlinə keçdi?

Tramp Consonu “Britaniya Trampı” adlandırmaqla səhv etməyib. Həm də bu, sadəcə, oxşar şəxsiyyətlər və ya üslublar məsələsi deyil: belə adamların hakimiyyətə yiyələnməsinə imkan yaradan siyasi qurumların qüsurlarının əksidir.

Boris Consonun İngiltərənin yeni baş naziri vəzifəsinə gəlməsi ilə “Brexit” əsrində İngiltərə siyasətinin absurdluğu yeni dərinliklərə yol açıb. “On Point”-ın xüsusi sayında Eduardo Kampanella Consonun yüksəlişinin arxasında duran daha dərin qüvvələri aşkar etməyə çalışır və Nikolas Rid Langen qələbə bəsirətini açıqlayır.

Tramp da, Conson da irlandiyalı fizik və psixoloq İan Hyuzun “pozğun ağıllar” adlandırdığı şeylərə sahibdir. Tramp – xroniki yalançı, irqçiliyin təhrikçisi və vergi fırıldaqçısıdır. ABŞ-ın xüsusi müşaviri Robert Möller 2016-cı ilin prezident kampaniyası ilə bağlı 22 aylıq istintaqının hesabatında Trampın ədalət mühakiməsinə mane olması hallarını dönə-dönə vurğulayıb. Tramp 20-dən çox qadına qarşı cinsi qısnamada (bu davranışını özü də bir videoda etiraf edir) və vəkilinə maliyyəsi pozuntularına yol vermə göstərişi verməkdə ittiham olunur.

Consonun fərdi davranışı da eyni məzmundadır. Baş nazir olmaq ərəfəsində iki uğursuz evliliyi olub və şəxsi həyatda bacarıqsızlığından başqa, xroniki yalançıdır. Dəfələrlə yalan danışmaq və digər yersiz davranışlarına görə işdən azad edilib. “Brexit” kampaniyasına 2016-cı ildə yalançı iddialara rəhbərlik edib. İngiltərənin xarici işlər naziri olaraq iki dəfə kəşfiyyatla əməkdaşlıq edib: bir halda Liviya haqqında fransız kəşfiyyatı, digər birində İranla bağlı Britaniya kəşfiyyatı ilə. Tramp kimi, o, bütün yaş qrupları arasında yüksək rəğbət reytinqinə malikdir və etimad reytinqləri seçici yaşı ilə bərabər yüksəlir.

Trampın vəzifədə olduğu dövr daha bir siyasi tapmacanı təqdim edir. Onun siyasəti ümumiyyətlə, populyar deyil və nadir hallarda ictimai rəyin çoxluğunu əks etdirir. Onun ən vacib qanunverici qələbəsi – 2017-ci ildə vergiləri azaltması qeyri-populyar idi və bu gün də belə qalır. Eyni vəziyyət iqlim dəyişikliyi, miqrasiya, Meksika sərhədi boyunca divar tikmə, sosial xərcləri azaltma, “Obamacare”-ın əsas müddəalarına son qoyma, İranla nüvə sazişindən çıxma və s. məsələlərə dair mövqelərinə də aiddir. Trampın etimad reytinqi daim 50% -dən aşağı və hazırda 43% -ə yaxın, respondentlərin 53%-i əleyhdarıdır.

Donald Tramp populyar olmayan gündəliyini həyata keçirmək üçün fövqəladə fərmanlar və sərəncamlardan istifadə edir. Məhkəmələr bir çox qərarı ləğv etsə də, məhkəmə prosesi ləng, qərarsız və gözlənilməzdir. Təcrübədə, ABŞ Konstitusiyasının təhlükəli məhdudiyyətləri daxilində təsəvvür edilən qədər, bu, təkhakimiyyətliliyə yaxındır.

Conson ilə bağlı vəziyyət oxşar ola bilər. İctimai fikir “Brexit”-ə qarşı çıxdıqdan sonra Consonun Avropa İttifaqından çıxma danışıqlarında, 2016-cı il referendumundan əvvəl yalanları və şişirtmələri aşkarlanıb. İctimaiyyət və parlamentdəki əksəriyyət müqaviləsiz “Brexit” əleyhinə olsa da, Conson alternativ müzakirəyə hazır deyil.

İki nüfuzlu demokratiyada hakimiyyəti “pozğun ağıllar”ın necə əlinə keçməsi və qeyri-populyar siyasət yürütmələri sualına açıq bir cavab var. Ancaq daha dərin bir cavab da.

Açıq cavab budur ki, həm Tramp, həm də Conson son onilliklərdə özünü unudulmuş hiss edən yaşlı seçicilər arasında dəstək qazanıb. Tramp, xüsusilə ticarət və texnologiya ilə məcburi köçkün olan daha yaşlı, ağ irqli mühafizəkarlara, Amerikanın sabit vətəndaş hüquqları, qadın hüquqları və cinsi hüquqları uğrunda hərəkətə keçənlərə müraciət edir. Conson deindustrializasiyanın ağır təsirinə məruz qalan qoca seçicilərə və İngiltərənin qlobal güc olduğu şanlı günlərin xiffətini çəkənlərə.

Bununla belə, bu, yetərli izah deyil. Tramp və Consonun yüksəlişi daha dərin siyasi uğursuzluğu göstərir. Onlara qarşı çıxan tərəflər, demokratlar və leyboristlər, qloballaşma nəticəsində köçkün, sonra sağçıya çevrilən işçilərin ehtiyaclarını ödəyə bilməyiblər. Bununla birlikdə, Tramp və Conson konkret – seçici bazalarının maraqlarına zidd olan siyasət yürüdür: ABŞ-da varlılar üçün vergi endirimləri, İngiltərədə “Brexit” müqaviləsi.

Ümumi siyasi çatışmazlıq siyasi təmsilçiliyin mexaninizmində, xüsusən də hər iki ölkənin ilk səsvermədən sonrakı sistemlərindədir. Birmandatlı dairələrdə sadə səs çoxluğu ilə nümayəndələrin seçilməsi, Qərbi Avropanın proporsional sistemləri ilə çoxpartiyalılığın deyil, hər iki ölkədə iki dominant partiyanın yaranmasına səbəb olub. Daha sonra “qalib hər şeyə sahibdir”ə çevrilən ikipartiyalı sistem seçicilərin maraqlarına ziddir, habelə iki və ya daha çox tərəf üçün məqbul olan siyasətin müzakirəsinə və koalisiyalı hökumətlərin yaranmasına maneədir.

ABŞ-ın vəziyyətinə nəzər salaq. Tramp Respublikaçılar Partiyasında üstünlük qazanıb, amma amerikalıların yalnız 29%-i özünü respublikaçı, 27%-i demokrat, 38%-i isə müstəqil olaraq müəyyənləşdirir; hər iki tərəf üçün bu, məqbul deyil, həm də alternativi təmsil etmir.

Respublikaçılar Partiyası daxilində güc qazanaraq Tramp rəqibi Hillari Klintona nisbətən daha az səslə, lakin Xüsusi Seçici Kollegiyasının daha çox nümayəndəsi ilə iqtidara gəlib. 2016-cı ildə səsvermə hüquqlu amerikalıların yalnız 56%-nin səs verdiyini nəzərə alaraq (qismən, səsverməni çətinləşdirmək üçün respublikaçıların səyləri nəticəsində), Tramp seçicilərin yalnız 27%-nin dəstəyini alıb.

Tramp elektoratın üçdə bir hissəsini təmsil edən partiyaya nəzarət və ölkəni əsasən fərmanlarla idarə edir. Consonun vəziyyətində üzvlərinin sayı 100 mindən az olan Mühafizəkarlar Partiyasının təmsilçiləri onu lider seçiblər və beləliklə, yalnız 31%-lik etimad reytinqinə baxmayaraq (onu qəbul saymayanlar – 47%-dir) baş nazir olub.

Siyasətşünaslar ikipartiyalı sistemin “orta statistik seçicini” təmsil edəcəyini proqnozlaşdırırlar, çünki hər bir partiya səslərin 50%-i üstəgəl 1-ini toplamalıdır. Təcrübədə son onilliklərin kampaniyalarının maliyyələşdirilməsi ABŞ-da zəngin donorlar hesabına həyata keçib (Senator Berni Sanders kiçik donorlardan külli miqdarda pul yığıb və ənənəni yıpradıb).

İngiltərədə heç bir əsas partiya “Brexit” əleyhinə olan çoxluğu təmsil etmir. Bununla belə, Böyük Britaniyanın siyasi sistemi bir partiyanın bir fraksiyasına əksər seçicinin əleyhinə olduğu, ölkə üçün tarixi və qalıcı seçim etmək imkanı vermir. Ən acınacaqlısı budur ki, “qalib hər şeyə sahibdir” siyasəti iki təhlükəli şəxsə, xalqın geniş şəkildə etirazına baxmayaraq, milli iqtidarı qazanma imkanı yaradıb.

Heç bir siyasi sistem xalqın iradəsini mükəmməl şəkildə siyasətə köçürə bilməz və ictimaiyyətin iradəsi çox vaxt qarışıq olur, o, səhv məlumatlandırılır və ya təhlükəli ehtiraslara uyur. Siyasi qurumların dizaynı daim inkişaf edən bir vəzifədir. Ancaq bu gün köhnəlmiş “qalib hər şeyə sahibdir” qaydası ən qədim və ən hörmətli iki demokratiyanı zəiflədir, həm də təhlükəli hala salır.

Tərcümə: Strateq.az

Paylaş:

This post was last modified on 29 İyul 2019 3:56 axşam

Share

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Mehman Hüseynov bələdiyyə seçkilərinə qatılır

Bloger “Seçki tarixində belə maraqlı, kreativ seçki olmayıb” deyir. Tanınmış bloger, “Sancaq Production”un rəhbəri Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak edəcək.…

12 Noyabr 2019 1:59 səhər
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyuldu – Səbəb Mikayıl Cabbarovdur

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyulub. Qadağa Vergilər Nazirliyinin müraciəti əsasında tətbiq edilib. Reyting.az xəbər verir ki,…

11 Noyabr 2019 3:21 səhər
  • GÜNDƏM
  • SİYASƏT
  • XuralTAC

REAL-da nə baş verir?

2013- cü ildə cəmi 30 nəfər üzvü olan ReAl hərəkatı 8 gün ərzində 42 min imza yığa bilib, amma 2018-ci…

10 Noyabr 2019 5:54 axşam
  • GÜNDƏM
  • XuralTAC

REALa açıq məktub

REAL Partiyası Məclisinin keçmiş başqanı Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı partiyaya və partiya sədri İlqar Məmmədova məktub ünvanlayıb: “Reala…

10 Noyabr 2019 5:37 axşam
  • DÜNYA
  • GÜNDƏM
  • XuralTAC

Qorbaçov: “Gərək hər diktator …çəni yanacaqla dolu təyyarəni hazır saxlasın…”

Noyabrın 4-də Almaniyanın paytaxtında Berlin divarının yıxılmasının 30 illiyinə həsr edilmiş rəsmi tədbirlər başlayıb. Bayram tədbirləri noyabrın 10-na qədər davam…

9 Noyabr 2019 1:37 axşam
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Corc Soros yazdı: “Millətçilik necə yüksəldi?”

Corc Soros “Project Syndicate”, 08.11.2019   8 Noyabr 1989-cu il tarixdə Berlin Divarının yıxılması Avropada kommunizmin dağılmasını qəfildən və kəskin…

9 Noyabr 2019 1:30 axşam
Xural.COM