İki küçədə hərətkət məhdulaşır

Təbriz və Salatın Əsgərova küçələrində hərəkət qismən məhdudlaşdırılır. Xural.com Azərbaycan Avtomobil Yolları Dğvlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfliyə istinadən xəbər verir ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq Təbriz küçəsində və Salatın Əsgərova küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən hissə-hissə qismən məhdudlaşdırılacaq.
Sürücülərdən həmin istiqamətdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button