Rubrikalar: MƏTBUAT XuralTAC

İkram Rəhimov: “Həbsimin sifarişçiləri Əli Həsənov və Əflatun Amaşovdur”

Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrliyilə reallıq.info saytının redaktoru İkram Rəhimovun işi üzrə məhkəmə istintaqı başlayıb. O, hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunur.

Öncə prokuror ittiham aktını elan edib. İ.Rəhimov müxtəlif adamlar haqqında rüsvayedici məlumatlar yaymaqla onları hədələyib, həmin materialların silinməsi üçün pul tələb edib. Dövlət Təhlükəsizliyi Xidmətinə onun bu əməllərindən ziyan çəkənlərdən çoxlu şikayətlər daxil olub.

İ.Rəhimov özünü günahkar saymayıb və ona qarşı ittihamı yalan adlandırıb. “Cinayət işində adı keçən Zakir Hüseynovu uzun müddətdir tanıyıram, dost olmuşam. Ona hədə-qorxu gəlməmişəm.

Raquf Mirzəyev Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışıb. Onu qohumu vasitəsilə tanımışam, mətbuatda onun haqqında yazılar getmişdi, məndən xahiş elədi ki, saytlardan çıxartdırım. Ona hədə-qorxu gəlməmişəm. Əksinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi mənim saytımı mükafatlandırıb.

Cinayət işində adları çəkilən şəxslər məndən xahiş ediblər, mən də onlara görə indi adlarını çəkmək istəmədiyim sayt rəhbərlərindən müəyyən xahişlər etmişəm”, – İ.Rəhimov bildirib.

DTX-nın İ.Rəhimovun pul tələb etdiyini əks etdirən audioyazı yaymasına gəlincə, İ.Rəhimov onları montaj adlandırıb. “Biz istintaq vaxtı o səs yazılarının ekspertizadan keçirilməsini istədik, ancaq eləmədilər”, – İ.Rəhimov deyib.

O qeyd edib ki, prezidentin köməkçisi Əli Həsənov haqqında yazılardan sonra ona təzyiqlər başlayıb. Onun sözlərinə görə, Ə.Həsənov onu şəxsən qəbul edib.

“Əvvəl hədə-qorxu gəldi, sonra pul təklif elədi. Dedi ki, gəl mənim kurasiyamda işlə. Razılaşmayanda saytımı blokladılar. Mətbuat Şurası məni “reketçi” elan elədi və hüquq-mühafizə orqanlarına müraciət etdi. Məni tutub DTX-ya aparanda məndən ilk tələbləri Əli Həsənovun haqqında məqalənin silinməsi oldu”, – İ.Rəhimov bildirib.

O deyib ki, həbsin arxasında Ə.Həsənov və Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov dururlar. Çünki saytda onların birləşib jurnalistlər üçün tikilən binalardakı mənimsəmələri barədə yazılıb.

Növbəti iclas aprelin 8-də olacaq.

*İkram Rəhimov 2018-ci il il oktyabrın 26-da saxlanılıb. Məhkəmənin qərarı ilə hədə-qorxu gələrək pul tələb etmək ittihamı ilə həbs olunub. Həbsdən öncə İ.Rəhimov bildirib ki, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə təqib olunur.

Contact.az

Paylaş:

This post was last modified on 29 Mart 2019 10:30 axşam

Share

Son Əlavələr

“Siyasət meydanı”-002-də hansı mövzulardan danışıldı-VİDEO

Xural TV-nin layihəsi olan "Siyasət meydanı" verilişinin 2-ci hissəsi bu gün (dünən-red.) - 25 iyun 2019-cu ildə canlı yayında efirə…

26 İyun 2019 3:03 səhər

Fuad Abbasov Bakıda milli qəhrəman kimi qarşılandı, ilk açıqlamasını verdi – foto, video

Musavat.com xəbər verir ki, jurnalist Fuad Abbasov nəhayət, hava limanından çıxıb. Tərəfdarları və qohumları onu milli qəhrəman kimi qarşılayıblar. Azərbaycan bayraqları…

26 İyun 2019 2:51 səhər

Sabiq nazirlərin milyonçu balaları-BU PULLAR KİMİNDİR?!

Sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlu Yunis Abbasovun Londonda böyük mal-mülkünün üzə çıxması haqda ötən həftə yazmışdıq. Bu günlərdə…

25 İyun 2019 2:23 axşam

Ayətullahın 97 milyard dolları təhlükədə

Xəbər verildiyi kimi ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni və daha sərt sanksiyaları imzaladığını açıqlayıb. Bu dəfəki sanksiyalar paketində hədəfə alınanlar…

25 İyun 2019 1:59 axşam

Şirməmməd Hüseynovla vida mərasimi keçirilib-FOTOLAR

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və…

25 İyun 2019 1:47 axşam

Kamal Abdulla məhkəmə yağışına məruz qalıb-REKTORA QARŞI ƏN AZI 3 İDDİA VAR!

55 ilini Dillər Universitetinə verən Elmira Baxışəliyeva... Kamal Abdulla sanki məhkəmə yağışına düşüb. Rektoru olduğu Dillər Universitetinin ən azı 3…

25 İyun 2019 1:20 axşam
Xural.COM