İlahiyyatçı İlqar İbrahimoğlunun saxlanıldığı bildirilir

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb

İlahiyyatçı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlunun  saxlanıldığı bildirilir.

Oktyabrın 19-da İ.İbrahimoğlu öz Facebook səhifəsindən canlı efirə çıxaraq hüquq mühafizə orqanlarının nümayəndələrinin onun evinə gəldiyini, özünün də evə getdiyini bildirdi.

Bundan sonra hüquq müdafiəçisi Rüfət Səfərov isə AzadlıqRadiosuna bildirib ki, ilahiyyətçinin evində axtarış aparılıb, özü isə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button