İlhamə Quliyevanın evinə prokurorluq əməkdaşları gəldi

8f42bfcd-c6b7-452d-a191-c48f6deff03c

Yasamal Rayon Prokurorluğunun və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları Azərbaycanın Xalq artisti İlhamə Quliyevanın evinə gedib.

Xural.com report.az-a istinadən xəbər verir ki, məlumatına görə, onlar ekspertiza işləri aparır.

Qeyd edək ki, İlhamə Quliyeva bu gün səhər saatlarında dünyasını dəyişib.

Müğənni Əli Mirəliyev xalq artisti İlhamə Quliyevanın ölüm səbəb ilə bağlı açıqlama verib.

Ə.Mirəliyev xalq artistinin təzyiqdən əziyyət çəkdiyini deyib:

“Onun böyrəklərindən biri sıradan çıxmışdı. Bundan əlavə şəkəri də vardı. İlhamə xanım özünü pis hiss edirdi. Onun həmçinin ürəyində də problemlər var idi”.

Ə.Mirəliyevin sözlərinə görə, bu gün səhər saatlarında halı pisləşən İ.Quliyeva ilk olaraq ona xəbər verilməsini istəyib: “Səhər narahat olduqdan sonra məni çağırmağı tapşırıb. Mən də Mərdəkandan yuxulu-yuxulu durub gəlmişəm”.

Əli Mirəliyev xalq artistinin ürək çatışmazlığından dünyasını dəyişdiyini bildirib. Onun sözlərinə görə, bu barədə ilkin müayinədən sonra həkimlər rəy verib.

Xalq artistinin oğlu Orxan Nadirov isə jurnalistlərə açıqlama vermək istəmədiyini, özünü pis hiss etdiyini deyib.

Qey edək ki, Xalq artisti İlhamə Quliyeva sabah dəfn olunacaq. 

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin mətbuatla iş sektorunun müdiri İntiqam Hümmətov apa.az-a bildirib ki, Xalq artisti ilə vida mərasimi fevralın 26-da saat 12.00-dan 14.00-dək Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək.

 İ. Quliyeva II Fəxri xiyabanda dəfn olunacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button