İlham Əliyev: Biz Azərbaycanda Türkiyə Ordusunun kiçik modelini yaradacağıq

“Türkiyə ilə hərbi sahədə əməkdaşlığımız davam edəcək. Türkiyə Ordusu dünyanın ən güclü ordularından biri və NATO-da ikinci güclü ordudur. Biz Azərbaycanda Türkiyə ordusunun kiçik modelini yaratmaq fikrindəyik”.

Virtualaz.org bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Prezident vurğulayıb ki, 2020-ci ilin payızında Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu misilsiz təcrübə qazanıb.

“Müharibə zamanı biz təcrübə topladıq və düzgün nəticələr çıxarmalıyıq. Türkiyə ilə Azərbaycan arasında böyük qanunvericilik bazası var. Türkiyə ilə bir sıra sənədlər imzalamışıq, onların arasında qarşılıqlı hərbi yardım haqqında sənəd də var. Əlbəttə, əgər Azərbaycan üçün hər hansı bir təhlükə yaranarsa, əminəm ki, Türkiyə bizə kömək edəcək”, – deyə Azərbaycan lideri əlavə edib.

Prezident qeyd edib ki, Türkiyə müharibənin ilk günündən Azərbaycanı dəstəkləyib: “Hörmətli qardaşım Rəcəb Tayyib Ərdoğanın sözləri böyük siyasi dəstək oldu. Bu, dünyaya siqnal oldu: “Kənarda durun!” Türkiyənin müdafiə naziri Akar, xarici işlər naziri Çavuşoğlu və digər yüksək vəzifəli şəxslər birmənalı dəstək bildirdilər. Türkiyə ilə Azərbaycan bir-birinə ən yaxın olan iki qardaş ölkədir. Ona görə də Türk Ordusunun müasir modeli bizim üçün ən məqbul modeldir”.

Şərh yazın
Share

Son Əlavələr

  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

“Ramiz Mehdiyev Əli Həsənova vəzifə verir?!”-VİDEO, 11.06.2021

Xural.com Xural TV-də Selcan Zeynallının aparıcılığı ilə yayınlanan "Xural Xəbər" proqramının 56-cı bölümünü təqdim edir...…

12 İyun 2021
  • MANŞET

A.Eynşteynlə Ben Qurionun möhtəşəm dialoqu – yeni kitab

Tanınmıış iqtisadçı Məmməd Talıblının  “ELM-KİTAB-MÜƏLLİM ÜÇBUCAĞI” adlı yeni kitabı nəşr olunub. Kitab əsasən elmin gücü, kitabın önəmi…

12 İyun 2021
  • MANŞET
  • XuralTAC

Əliyev və Ərdoğan Şuşada böyük saziş imzalayacaqlar

“Azərbaycana getdiyimizdə öncə Füzuliyə səfər edəcəyik, oradan da İlham Əliyev qardaşımızla Şuşaya gedəcəyik”. Virtualaz.org bildirir ki,…

11 İyun 2021
  • MANŞET
  • XuralTAC

“Sinovac” peyvəndi vurduranlar Avropaya necə gedəcək?

Xəbər verdiyimiz kimi, Avropa Komissiyası martın 17-də Avropa İttifaqı ölkələrində rəqəmsal koronavirus sertifikatlarının tətbiqinə dair…

11 İyun 2021
  • MANŞET
  • XuralTAC

“Azərsu” Şahbaz Xuduoğlunun qaldırdığı məsələyə reaksiya verib

“Azərsu” ASC Bakının Yasamal rayonunda, "Azərbaycan" nəşriyyatının yerləşdiyi binanın həyətində içməli su kranının zədələnməsi ilə…

11 İyun 2021
  • MANŞET
  • XuralTAC

İlham Əliyev Putini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə məktub ünvanlayıb.  Xural.com xəbər verir ki,…

11 İyun 2021
Xural.COM