Rubrikalar: GÜNDƏM XuralTAC

İlham Əliyev SOCAR-ı tənqid edib: “Belə davam edə bilməz!”

Prezident İlham Əliyev bu gün keçirdiyi müşavirədə dövlət şirkətlərinin, xüsusilə də SOCAR-ın fəaliyyətini tənqid edib.

“Dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq,”- o deyib və əvəzində özəl sektorun daha çətin vəziyyətdə olduğunu əlavə edib: “Amma özəl sektorda, əgər itki varsa, bu özəl sektorun subyekti müflisləşir, biznesini bağlayır və heç kim bunun köməyinə gəlmir”.

Prezident Azərbaycanda qazlaşdırmanın dövlət büdcəsi hesabına aparıldığını qeyd edib və Dövlət Neft Şirkətini – SOCAR-ı buna görə tənqid edib:

“Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur. Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir”.

Cənab Əliyev Dövlət Neft Şirkətinə büdcədən “təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına” da vəsait ayrıldığını bəyan edib.

“Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait,”- prezident sual edib və cavabını da özü verib.

O, dövlət şirkətlərinin sanki “sosializm iqtisadi modelində” işlədiyini vurğulayıb.

“Bu, dözülməzdir. Ona görə bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz. Bu nəzarətsizlik bundan sonra davam edə bilməz,”- prezident Əliyev bəyan edib.

Xəzər Dəniz Gəmiçiliyi

“Dövlət şirkətlərində itkilər kifayət qədər böyükdür. İndi, baxın, bizim qaz itkiləri, düzdür, son vaxtlar azalıb, ancaq yenə də dözülməz həddədir. Bizim su itkiləri. Su məsələlərinin həlli ilə bağlı xüsusi müşavirə keçirmişdim, Tədbirlər Planı qəbul edilib və artıq icra olunur. Amma itkilər 40-50 faiz səviyyəsindədir. Elektrik xətlərindəki itkilər də, əlbəttə ki, bizi narahat edir”, prezident bildirib.

O, Xəzər Dəniz Gəmiçiliyi şirkətində vəziyyətin digər dövlət şirkətləri ilə müqayisədə daha yaxşı olduğunu desə də, əlavə edib: “Ancaq burada da gəmilər, tankerlər hansı pulla alınır? Dövlət büdcəsi hesabına. Biz indi Gəmiqayırma zavodunda bir neçə gəmi inşa edirik – yük gəmiləri, Ro-Ro tipli gəmilər. Bunu dövlət büdcəsi hesabına edirik, sonra da veririk Xəzər Dəniz Gəmiçiliyinə. Onlar da istismar edirlər və sonra o pulu qaytarırlar? Bu, böyük sualdır”.

Azal, Azərenerji və Azərbaycan Dəmir Yolları

Prezident İlham Əliyein sözlərinə görə, AZAL şirkətinin “bütün təyyarələri” dövlət tərəfindən alınıb.

“Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?”

O, “Azərenerji” şirkətinin də əsas layihələrini dövlət vəsaiti hesabına həyata keçirdiyini deyib.

“Azərenerji”yə nə qədər vəsait ayrılır? – deyə o sual edib.

“Düzdür, böyük işlər görülübdür, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən. Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir”.

O, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətini də tənqid edib.

“Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir”.

Prezident Əliyev dövlət şirkətlərinin təftiş edilməli olduğunu vurğulayıb.

Paylaş:

This post was last modified on 7 Avqust 2020 2:20 səhər

Son Əlavələr

  • GÜNDƏM
  • MÜSAHİB
  • QAYNAR QAZAN
  • XuralTAC

Əvəz Zeynallı “Siyasət meydanı”nda: “Millətdən qoparılan sərvətlər necə geri qaytarılacaq?”-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 21 sentyabr 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı”…

21 Sentyabr 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Mirmahmud Mirəlioğlu “Siyasət meydanı”nda: “Savaş yenidənmi başlayır – bizi kimlər idarə edir?”-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 21 sentyabr 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı”…

21 Sentyabr 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Ağsudan Nüşabə Cəfərova danışır: “Vahid Tağıyev prezidenti sabotaj edir!”-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 21 sentyabr 2020-ci il, saat 15:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı”…

21 Sentyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Ermənistana məxsus PUA-nın vurulması ilə bağlı – RƏSMİ AÇIQLAMA

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ermənistana məxsus PUA-nın vurulmasını təsdiqləyib. Xural.com-un məlumatına görə, bu barədə nazirliyin facebook səhifəsində məlumat yer alıb.…

21 Sentyabr 2020
  • GÜNDƏM
  • SİYASƏT
  • XuralTAC

Zahid Oruc yazır: “Əliyev siyasi olimpə qədəm qoyduğu daha ağır dövrün gündəliyinə yenidən qayıdır…”

Zahid ORUC, STM İdarə Heyətinin sədri, millət vəkili   2004-cü ilin soyuq yanvar günləri… Böyük Heydər Əliyevin siyasi rəqiblərinin nəzərində “kövrək hakimiyyət”in,…

21 Sentyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Fətullah Gülənə qarşı çıxan kim olub? – Əli Həsənovun 11 il sonrakı “etirazı”

Prezidentin keçmiş köməkçisi Əli Həsənov Türkiyə mətbuatında FETO ilə əlaqələri barədə tirajlanan məlumatlardan narahat olub. Yenisabah.az xəbər verir ki, həmin…

20 Sentyabr 2020
Xural.COM