İlham Əliyevə ağır itki üz verib
Azərbaycan prezidenti İlham Əliyevə ağır itki üz verib.
Xural.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, dövlət başçısının bibisi, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin bacısı Rəfiqə Əliyeva vəfat edib.
85 yaşlı xanım Əliyeva bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Rəfiqə Əliyeva kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü idi.
Allah rəhmət eləsin!