İlham Əliyev: Güclü orduya ehtiyacımız var

“Bu gün Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Gün gələcək bayraqlarımız işgal altındakı bütün torpaqılarda qaldırılacaq”.

Bu gün (dünən – Red.), sentyabrın 15-də “Azadlıq” meydanında keçirilən Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev belə deyib.

Onun dəvətini qəbul edib Azərbaycan gələn Türkiyə prezidenti Rəcəb Tayyuib Ərdoğgan xüsusi təşəkkür edən İ.Əliyev 100 il əvvəl Qafqa İslam Ordusunun yardımı ilə Bakının işgaldan azad edilməsindən bəhs edib.

Prezident Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasının tarixçəsinə toxunub. O, qeyd edib ki, o vaxt müsəlman aləmində ilk dəfə cmuhuriyyət qurulub. AXC böyük çətinliklərlə üzləşib, öz ərazilərinə nəzarət etməsində çətinliklər olub. Hakimiyyət Gəncədə fəaliyyət göstərməıli olub.

İ.Əliyev deyib ki, məhz Qafqaz İslam Ordusunun, Nuru Paşanın gəlməsi ilə Bakının işgaldan azad edilməsi mükün olub. Bunu böyük hadisə adlandıran prezident vurğulayıb ki, Azərbaycan bunu heç vaxt unutmayacaq.

AXC-nin iki ildən sonra süqut etdiyini qeyd edən İ.Əliyev Azərbaycanın 1991-də öz müstəqilliyini bərpa etməsindən danışıb. Həmin vaxt Azərbaycanın müstəqilliyini il tanıyan ölkənin Türkiyə olduğunu, bunun qardaşlıq nümunəsi olduğunu vurğulayan İ.Əliyev Azərbaycanla Türkiyə arasındakı münasibətlərinin tayı-bərabərinin olmadığını qeyd edib.

“Dünyada ikinci belə bir nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, dayaq olsun”, deyən İ.Əliyev Azərbaycan-Türkiyə əlaqələrindən, birgə həyata keçirilən tarixi enerji layihələrindən danışıb.

“Biz Avrasiyanın nəqliyyat xəritəsini yenidən yaradırıq”, deyən prezident Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin yeni nəqliyyat damarı olduğunu vurğulayıb.

“Bu layihələri yalnız biz birlidə edə bilərdik və etdik. Yalnız birgə səylərimizlə buna nail ola bilmişik. İki ölkə bu layihələrin faydasını görür”.

İlham Əliyev ordu quruculuğu işlərindən də bəhs edib.

“Bizim güclü orduya ehtiyacımız var. Çünki torpaqlarımız işgal altındadır”, deyən prezident vurğulayıb ki, Azərbaycanın müstəqilliyini elan etdiyi ilk illərdə qonşular ölkədəki qeyri-sabit şəraitdən istifadə edərək, torpaqların bir hissəsini işgal edib, soyqrımlar təşkil ediblər. İlham Əliyev buna görə, güclü ordunun ərazi bütövlüyünün bərpası üçün əsas şərt olduğunu bildirib.

“Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir”, İ.Əliyev çıxışını bu sözlərlə bitirib.

Türkiyə prezidenti R.T.Ərdoğan da çıxışının əsas hissəsini iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olması üzərində qurub.

“Azərbaycanda bizim 1132 şəhidimiz var. Azərbaycan Türkiyədən sonra ən çox şəhidimizin uyudugu ölkədir”, deyən Türkiyə prezidenti vurğulayıb ki, Azərbaycanla Türkiyə keçmişi bir, mədəniyyəti bir, dini bir, dili bir iki qardaş ölkədir. O, Azərbaycn şairi Bəxtiyar Vahabzadənin bir şerini də oxuyub:

 

“Bir ananın iki oğlu,

Bir amalın iki qolu.

O da ulu, bu da ulu

Azərbaycan-Türkiyə.

Dinimiz bir, dilimiz bir,

Ayımız bir, ilimiz bir,

Eşqimiz bir, yolumuz bir

Azərbaycan-Türkiyə”…

 

Ərdoğan bildirib ki, hazırda Bakının işgaldan azad edilməsinin 100 illiyi yox, həm də iki ölkə arasındakı qardaşlıq da yad edilir.

Azərbaycan hər cür dəstək verdiklərini, verməyə davam edəcəklərini vurğulayan Türkiyə prezidenti ölkəsinin Azərbaycanın ən yaxın tərəfdaşı olduğunu, olmaga davam edəcəyini də qeyd edib. O, birgə enerji və digər strateji layihələrdən də bəhs edib.

“Azərbaycanın sevinci sevincimiz, qürüru qürurumuz, dərdi dərdimiz, sıxıntısı sıxıntımızdır. Azərbaycan sevinərsə, sevinər, aglarsa aglarıq”, deyən Ərdogan Dağlıq Qarabağ münaqişəsi haqda da danışıb.

“Dağlıq Qarabağ sorunu eyni dərəcədə bizim üçün də sıxıntı qaynagıdır. Türkiyə olaraq çözüm üçün Azərbaycanın ortaya qoydugu bütyün səyləri dəskləyəcəyik. 1 milyondan artıq qaçqın qardaşımızın dərdlərinin bitməsini istəyirik”.

Ərdoğan Türkiyə-Emənistan sərhədlrəinin açılması ilə perspektivləri ilə bağlı da mesaj verib. O, deyib ki, Qarabağ problemi çözülməzsə, onlardan sərhədlərin açılmasının istənilməsi faydasızdır.

Bütün qonşularla yaxşı əlaqələr istəyidiklərini ifadə edən Türkiyə prezidenti çıxışının sonunda Dağlıq Qarabağ münaqişəsinin çözülməsinin Ermənistanla münasibətlərin yaxşılaşmasının “olmazsa-olmaz” şərti olduğunu vurğulayıb.

Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr edilən parad daha sonra hərbi texnikaların nümayişi ilə davam etdirilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button