İlham Əliyev: “İranla bütün sahələri əhatə edən əməkdaşlığımız sürətlə inkişaf edir”

 ilham-hesen-ruhani

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 11-də İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xural.com report.az-a istinadən xəbər verir ki, bu yaxınlarda İran İslam Respublikasına uğurlu səfərini məmnunluqla xatırlayan dövlət başçısı səfərin gözəl nəticələr verdiyini deyib və iki ölkə arasında əməkdaşlığa dair ikitərəfli 12 sənədin imzalanmasının önəmini qeyd edib. Prezident İlham Əliyev bütün sahələri əhatə edən əməkdaşlığımızın hazırda sürətlə inkişaf etdiyini bildirib. İran və Azərbaycan Sərhəd xidmətləri arasında əlaqələrin artıq böyük tarixə malik olduğunu vurğulayan dövlət başçısı İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı Qasım Rzayinin ölkəmizə səfərinin bu əlaqələrə yeni təkan verəcəyini bildirib. Prezident İlham Əliyev deyib ki, ölkələrimizi və xalqlarımızı böyük tarix birləşdirir. Dövlət başçısı hazırda ölkələrimizin beynəlxalq çağırışlara qarşı birgə fəaliyyət göstərdiklərini qeyd edib, iki ölkənin Sərhəd Xidmətinin fəaliyyətinin əlaqələndirilməsinin, genişləndirilməsinin və əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Sərhəd Qoşunlarının Komandanı Qasım Rzayi Azərbaycan prezidenti İlham Əliyevin və İran prezidenti Həsən Ruhaninin ölkələrimizin Sərhəd xidmətləri arasında əlaqələrin inkişafına verdikləri dəstəyin önəmini vurğulayıb. O, prezident İlham Əliyevin İrana son səfərini və səfər zamanı məhsuldar görüşlərin keçirildiyini məmnunluqla qeyd edib. Qasım Rzayi yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimizin Sərhəd xidmətləri arasında əməkdaşlığın genişləndirilməsi işinə təkan verəcəyini bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button