İlham Əliyev Qarabağ üçün yeni muxtariyyət modeli təklif edib

«Avropada tətbiq edilən uğurlu muxtariyyət nümunələri Dağlıq Qarabağda da tətbiq edilə bilər»

 Sentyabrın 23-də Bakının “Gülüstan” sarayında Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş beynəlxalq bayram tədbirində çıxış edən prezident İlham Əliyev ölkənin ən böyük probleminin Dağlıq Qarabağ münaqişəsi olduğunu deyib. AzərTAc-ın məlumatına görə, dövlət başçısı vurğulayıb ki, bu problem təkcə Azərbaycana deyil, bütün regiona təhlükədir.

İlham Əliyev münaqişə nəticəsində Azərbaycanın Ermənistan tərəfindən etnik təmizləməyə məruz qaldığını, Azərbaycanda 1 milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu bildirib. “Təəssüflər olsun ki, vəziyyət hələ də dəyişməyib” deyən prezident İlham Əliyev münaqişə ilə bağlı BMT-nin və digər beynəlxalq qurumların qəbul etdiyi qətnamələri xatırladıb və onların bu günə qədər icra olunmadığını, qəbul edilən qərarların yalnız kağız üzərində qaldığını vurğulayıb.

Dövlət başçısı Azərbaycanın tolerant ölkə olduğunu, burada müxtəlif xalqların və dini təriqətlərin sülh və əmin-amanlıq şəraitində yaşadığını və ölkənin bununla qürur hissi duyduğunu vurğulayıb. İlham Əliyev diqqətə çatdırıb ki, Avropada tətbiq edilən uğurlu muxtariyyət nümunələri Dağlıq Qarabağda da tətbiq edilə bilər.

“Xural” qəzeti,

il 9, sayı: 041 (449), 24 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button