İlham Əliyev Sübahir Qurbanovu da əfv etdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov əfv edilib.

Virtualaz.org xəbər verir ki, Prezident İlham Əliyevin aprelin 6-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamda S.Qurbanovun da adı var.

Qeyd edək ki, S.Qurbanov 2015-ci ildə həbs olunmuş və Bakı Hərbi Məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrum edilmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button