İlham Əliyev və Musa peyğəmbər!

Əvəz Zeynallı

Yenə «Qərbi Azərbaycanlı» ovu başlayıb!..

Hər zaman belədir. Ölkədə önəmli bir hadisə oldumu, biriləri meydana çıxır və ölkə əhalisinin bir növ alışdığı «mahnı»ları oxumağa başlayır. Azərbaycan zəifləyəndə separatçı meyllər güclənir. Separatçı meyllər güclənəndə ölkədə anarxiya və xaos başlanır. İşin maraqlı cəhəti orasındadır ki, təkcə separatçı meyllər ortaya çıxmır. Bir balaca mərkəzdənqaçma meylləri oldumu, hər klan, hər qrup öz yığınını toplayıb işə başlayır…

Xırda bir misal:

Ağsaqqal vaxtlarında birilərinin tapşırığı ilə Hüseyn Abdullayevi şərləyən Fəzail Ağamalının Milli Məclisdə qaldırdığı hoqqada nələr baş vermişdi? Diqqətli Oxucu xatırlayar, ömrünün bu çağında bir gənc deputatın siyasi ömrünü solduran Fəzail Ağamalı qalmışdı bir tərəfdə, Baba Tağıyev adlı bir qapıdüzəldən deputat tribunanı ələ keçirmişdi. Aləm öz hayında, Baba millətə müraciət edir, sanki inqilabın tribununa çevrilirdi…

Deməli, siyasi sistemin oturuşmaması nəticəsində biz həm də bir az sanki meylliyik inqilaba, üsyana, başqaldırıya… Tariximiz də belə olub zatən…

Sadədə gələk… Yenə «Qərbi Azərbaycanlılar» mövzusunu biriləri meydana, gündəmə çıxarırlar. Ötən həftə ən qızğın diskussiya olunan mövzulardan biri bu oldu. Bu möhtəşəm, eyni zamanda sıpıxıb bir küncdə gözünü döyən regionun adı zatən olaydır. Hələ biriləri də bunu qaşımağa başlayırsa, bir şeylər var deməli. Maraqlıdır ki, Köçəri Nağıbəyli demiş, yenə oyunçular dövrəyə girib…

Heydər Əliyevin hakimiyyətə gəlməsi bu regionun günahlarından biridir. Onu indi hamı etiraf edir. Heydər Əliyev də başqalarından fərqli olaraq, bu regionu birdən-birə vurmadı. Yavaş-yavaş işlədi. Əvvəlcə böyük və nüfuzlu («Ağrıdağ» kimi) təşkilatlar sıradan çıxarıldı. Sonra başbilənlər, ağsaqqalllar, siyasi simalar yığışdırıldı və Ramiz Mehdiyevin məşhur «bir gecədə 40 Qərbi Azərbaycan» təşkilatı yaratması ilə kənardan özlənən və bəzi bölgələr tərəfindən imrənən fenomen yox oldu, tarixə qarışdı. Təbii ki, «Qərbi Azərbaycan» fenomeninin silinməsinə və nüfuzdan düşməsinə Etibar Məmmədov kimi uğursuz siyasi xadim və Əli İnsanov kimi uğursuz siyasi nazir də öz damğalarını vurdular. Niyə adlarını çəkinmədən yazıram, ona görə ki, mən onların qılıncının «dalı da, qabağı da kəsən» zamanlarda bu sözlərdən sərtini və amansızını demişəm…

Kimdir bu «bazar»ın yiyəsi?

Bu, bir sirrdir ki, ortalıq qarışantəhər olan kimi bir neçə adam bir yerə yığışır və başlayırlar özlərini regionun lideri və ya təşkilatı kimi qələmə verməyə. 2003-cü ildə də elə «xoruz səsi eşitməyən adamlar» çıxıb «Qərbi Azərbaycanlı» olduqlarını bəyan etdilər ki, qurbağalar belə qəhqəhə çəkdi. İndi də eləcə… Siyasətçisi də, alimi də, hərəkatçısı da durub düşüblər ortalığa. Ən azı 10 partiya və 20 əqidə dəyişənlər hamısı «Qərbi Azərbaycanlı» olublar. Ömründə bir dəfə regionun adını çəkməyən, regionun maraqlarını güdməyən, bir dəfə ağzına su alıb danışmayan, milyonlarla insanların hüquqları tapdalananda bir dəfə həyəcan təbili çalmayan adamlar birilərinə züy tuturlar. Bu qoca və möhtəşəm ölkəni Türksüzləşdirəndə, «Qərbi Azərbaycanlı» adı ilə etnik mafiyanı Azərbaycanın yiyəsinə çevirib millətin evini yıxanda bu adamların səsi çıxmadı. İndi nə deyəsən, nə yazasan? Hamısını da tanıyıram, hamısına da bələdəm…

Xeyir ola, sizlər qorxunuzdan suyu üfürəndən sonra belə içmirsiniz, haradan çıxdı bu «Qərbi Azərbaycanlı» sevdası?!

Kim dedi? !

Nədən dedi?!

Niyə dedi?!

Tapşırıq haradan gəldi?!

Maliyyəni kimlər verir?!

Arxasında kimlər durur?!

Sözlərim həm Eldar Namazovun, həm də Fərəc Quliyevin dəstəsində olanlaradır. Kimlər nə məqsəd güdür, bilmirəm, amma «Qərbi Azərbaycanlı» faktorunun artıq siyasətdən çıxarılmasını, bu adamların və regionun yaxasının rahat buraxılmasını istəyirəm. Necə ki, siyasətdə, ölkənin idarə olunmasında «naxçıvanlı», «qarabağlı», «şirvanlı», «gəncəli» məsələsi yoxdur, «ermənistanlı» məsələsi də olmamalıdır.

Verilən bəyanatlardan gələn qoxu da maraqlıdır – «Regionun ağsaqqalı Əli İnsanov…» Bu haradan çıxdı belə? Əli İnsanov haradan regionun ağsaqqalı oldu? Bu nə «sezon»dur belə? Bu alyansı kimlər cizib?!

Güman ki, bir yerlərdə rejimin gələcəyindən şübhə hissi keçirənlər var. Təşəbbüsü də müxalifətin iki partiyası götürmüş kimi görünür. Mətbuatın, bəzi önəmli adamların xəbərləri olmayıbsa və apar-topar bir region şahlanışına çıxıblarsa, deməli, məsələ gizlidir. Gizlidirsə, ya arxadan kiminsə sifarişi var, ya da adamların öz təşəbbüsləridir. Nə Eldar Namazov, nə də Fərəc Quliyev öz təşəbbüsləri ilə «Qərbi Azərbaycanlı» davası aparan adamlar deyillər. Fərəc Quliyevin bu problemlə tanışlığını indi eşidirəm. Mən onu bir aralar millət adamı kimi tanımışam. Uzun müddətdir də elə tanımıram. Mətbuatdan qaçan, ciddi mövzularda müzakirəyə gəlməyən, iqtidarın əhatə dairəsinə daxil olan və uyduruq bir milliyyətçilik anlayışı olan birisi kimi tanıyıram onun son illərini. Eldar Namazov da maşallah, Heydər Əliyevin dizinin dibindən bu tərəfə nələr, hansı vəzifələr görmədi. Prezident köməkçisi oldu, «Panorama» qəzetinin sahibi oldu, «Space» telekanalının prezidenti oldu – bu adamdan kritik bir addım, bir region davası aparan görən olmadı. Cəmiyyətdə daha çox «rusdillilərə yaxın», hakimiyyət çətirinin altına daxil olmaq üçün sinov gedən, daha çox kosmopolit kimi tanınır.

Yaxşı, nə oldu ki, hər iki tərs düşünsə məkanından eyni tələb çıxır – «Qərbi Azərbaycanlılar» tələbi. Biriləri  sanki bir yerlərdə yaxşı tort hazırlayıb, birilərinə də bu tortdan sanki verilməyib. Dava elə bil ki, bunun davasıdır. Biriləri «Qərbi Azərbaycanlıları» yenə dövrəyə gətirirlər. Yenə bir bazar qurublar. Yenə şıdırğı alver başlayıb. Amma belə olmamalıdır…

Məncə…

İstədiklərim…

Son günlərin hadisələri bizi düşündürməyə bilməz. Bəzi çevrələrdən maraqlı reaksiyalar alıram. Yəni biriləri «sənə nə olub» deyərcəsinə ilginc sorular sormağa başlayıblar. Yəqin məni yaxşı tanımayıblar, ya da «Xural»ı yaxşı oxumayıblar. Mən elə birinci gündən bu xətdə və bu yoldayam. Sadəcə, qrupum, partiyam, şəbəkəm, cinahım yoxdur. Nə cəbhəçi deyiləm, nə də müsavatçı. Bilənlər bilir AXC-nin göndərdiyi Türkiyə tələbələrinin sırasında mən də olmuşam. Bitirib bu ölkəyə gələndən savaşdayam. Savaşım da adam kimi yaşamaq və mübarizə aparmaq savaşıdır. Mən kimsənin dəstəyi olmadan axına qarşı üzdüm və hər zaman müstəqil oldum. İndi də axına qarşı üzürəm və yenə müstəqiləm. Eyforiyalara qoşulmaram. Qabaran dalğalarda batmaram. Nə AXCP-nin yüksələn tempi, nə də Müsavatın tarixi dirənişi məni bu partiayların sıralarına aparıb çıxarmayıb hələ ki… Ona görə ki, partiyaların idarə edilməsində, mübarizə təfəkkürlərində razılaşmadığım məqamlar var…

Mən hökumətin dəyişməsini istəyirəm. Bu acgözlər sürüsünün, bu talançılarn dəstəsinin iqtidardan getməsini arzulayıram. Bunun üçün əlimdə və boğazımda olan bütün gücümlə mübarizə aparıram. Nəticəsi də yox deyil. Amma sərhəddimi bilirəm. Mən bu iqtidarın 1-2 mitinqlə düşürülməyəcəyini anlayıram. Sadəcə, ona görə aksiyalara dəstək verirəm və verməyə də davam edəcəyəm ki, bu hakimiyyətin az da olsa geri çəkilməsini və silkələnməsini gözləyirəm. Onlar geri çəkilməli, insanlara və bizə zülm etməyi durdurmalıdırlar. Bu baş versə və müxalifət də ağıllı olsa, bir şeylər dəyişəcək. Bir nəsil dəyişdimi, gerisi asandır. …Və yenə elə düşünürəm ki, AXCP-nin və Müsavatın mövcud rəhbərliyi siyasi arenadan getdiyi andan bu hökumət də gedəcək. Heydər Əliyev də belə etdi… Oğlu da o siyasəti aparır…  Onlar mövcud siyasi müxalifəti siyasi arenadan qəsdən silmirlər və onları dar günləri üçün saxlayırlar…

Kaş ki yanılam, kaş ki məni deyən olmaya. Amma gerçəklər belədir və bu prizmsadan yanaşanda «Qərbi Azərbaycan» oyununu oynayanları xəbərdar etmək istəyirəm. Heç kim bu regionun adından danışmamalı, alverə təşəbbüs göstərməməlidir. Bu region ən çətin regionlardan biridir və son 20 ildə ən çox zülmə məruz qalan toplumdur. Qəzəblənsə, ayaqlarının altında qalarsınız…

Bir də… Biz də Türk deyilmiyik? Vətən bizim hamımızın – bu coğrafiyada yaşayan hər kəsin deyilmi? Mübarizə ortaq deyilmi? Niyə hərə bir tərəfə çəkməlidir?! Həm də «Türkçüyəm» deyib millətə dərs deyənlər tərəfindən?..

Hər kəsin ayağına gedilməlidir…

Müxalifətin daxilində gedən son proseslər ümidvericidir. Bir neçə partiyanın da İctimai Palataya qoşulması, mübarizə əzminin yüksək olması hakimiyyəti əvvəlcə geri çəkilməyə, sonra da millətin yaxasını buraxmağa vadar edə bilər. Sadəcə, ötən yazılarımdakı qayğılarımı bir daha təkrarlamaq istəyirəm. Hamının ayağına gedilməli, millətin bütün təbəqələrinin dəyərli simalarını bir araya gətirmənin yollarını axtarıb tapmalı… Başqa yolu yoxdur. Öz içində narahatçılıqları və problemləri açıqqəlbliliklə müzakirə etməli, bundan alınmamalı, millətin yararına nə varsa, dörd əllə yapışmalı… İnciyən, küsən, kənara tullayan vaxtlar deyil. Siyasi təşkilatların hamısı dərin bir dirayət göstərməli, birliyin möhtəşə bir modelini ortaya qoymalıdır. Siyasi hərəkətlənmələrdən vaz keçməyin artıq yeri yoxdur, amma zənnimcə böyük toplantılara, müzakirələrə daha çox ehtiyac var. Güclənən hərəkat telekanalları hədəf götürməli, millətin efiri uğrunda döyüşməlidir. İllərdir yazırıq, bəhs edirik, canlı yayınlar olmadan bu iş yürüməz və hərəkatın əsas məqsədlərindən biri canlı yayına nail olmaq olmalıdır.

Tələblər konkret, aydın, şüarlar səmimi seçilməli, hər mitinq-nümayişdə bir sıra şüarlar gündəmi zəbt etməlidir. Çörəyin, yumurtanın bahalaşmasından konturların qiymətinə, ərzaq növlərinin atın belinə qalxmasından monopolistlərə qədər hər ayrıntı millətin diqqət mərkəzinə çıxarılmalıdır. Yollara çəkilən beyhudə xərclər, tikilən milyardlıq layihələr, millətin yeyilən pulları, banklarda yatan əmanətlər – hamısı şüarlar formasında küçələrə daşınmalı, insanların beyinlərinə mismar-çəkiclə mıxlanan kimi mıxlanmalıdır. Daha çox insan kütlələrini əhatə etmək üçün daha çox problemlər – həm də bütün inandırıcılığı ilə – sıralanmalıdır…

Yarıtmaz komanda…

İlham Əliyevin yerinə olsam, dərhal Mübariz Qurbanlı ilə Siyavuş Novruzovu həbs edərəm. Çünki onlar son mitinqin tətikçiləridir. İnsanlarla, Azərbaycan vətəndaşları ilə məzələnmək, özünü turanibrahimovluğa, mirşahinağayevliyə vurmaq olmaz.

İlham Əliyevin yerinə olsam, Ziya Məmmədovu, Cavid Qurbanovu, Arif Əsgərovu dərhal həbs edərəm. Çünki bu adamlar millətin pullarını beyhudə yerə havaya sovurmaqla kifayətlənmirlər, həm də yollardakı bu qazma-dağıtma işləri ilə gündə təxminən 1.000.000 dəfə onun söyülməsinə nail olurlar.

Yerində haşiyə:

Kəlbəcərdən olan, Azərbaycan xalqının milyardlarını mənimsəyən Cavid Qurbanov Kəlbəcərin işğal günü qolunu götürüb şıdırğı oynayırdı. Özü də düz prezidentin gözünün qarşısında. Mən başa düşmədim, Cavid nəyə oynayırdı? Kəlbəcərin getməsinə, yoxsa Azay Quliyevdən atasının adına aldığı 8.500 manatlıq yardıma? Bu adamlar Milli həssaslığı o qədər itiriblər ki, nə etdiklərinin fərqində deyillər…

İlham Əliyevin yerinə olsaydım, Ramiz Mehdiyevi dərhal həbs edərdim. Çünki millətlə onu düşmən edə bilib artıq.

Qalanlarını soruşmayın, «güllələyərdim» deyərəm, sonra 283.1 maddə ilə haqqımda cinayət işi qaldırarlar…

İlham Əliyev və Musa Peyğəmbər…

Prezidentin diqqətinə…

Bir gün Musa Peyğəmbərin könlündən Allah olmaq keçir. Allahdan xahiş edir ki, nə olur, mənə bir gün Allahlıq səlahiyyətlərini ver.

– Musa, səndən Allah olmaz – deyir uca yaradan. Musa başa düşmək istəmir ki, istəmir. Nuh deyir, Peyğəmbər demir. Dirənir və Allahı dinləmir. Allah görür, Musa bunun zəhləsini çox tökəcək, ona bir də xəbərdarlıq edərək, bir günlük səlahiyyətlərini ona dövr edir.

Musa səlahiyyətləri götürən kimi, dərhal bir öküz (iraq Ziya Məmmədovun «ZQAN»ından) yaratmağa başlayır. Yaradır da. Bir az palçıqdan, bir az digər təbiət nemətlərindən düzür-qoşur, yekəpər bir öküz ərsəyə gətirir. Düşünmədən, daşınmadan, heç kimlə məsləhətləşmədən öküzə can verir Musa. Öküz, nə öküz… Yerindən qalxan və özünə gələn öküz nə yeyir, nə içir, düz cumur Musanın üstünə. Acdır ya… Qarnı boşdur və bütün gücü ilə Musanı ayaqlarının altına alıb basıb yeyəcək. Musa görür işlər şuluqdur, üz tutur çölü-biyabana. Öküz qaçır Musa qaçır, Musa qaçır öküz qaçır. Allah görür ki, daha bir neçə dəqiqə geciksə, Musadan ona Peyğəmbər çıxmayacaq, çünki Musa ortada olmayacaq. Qısa tərəddüdlə səlahiyyətlərini geri alır və az keçmir ki, ətrafda yaşıl çəmənlər, şirin sulu göllər yaradır. Öküz səmtini dəyişir və başlayır otlamağa…

– Ey yeri-göyü yaradan, necə oldu ki, məni bu qudurmuş öküzün əlindən aldın – deyir Musa. Allah gülür və Musaya hakim olmanın, hökm etmənin sirrlərini öyrədir:

– Gördünmü, səndən Allah olmaz. Musa, öküzü yaratmazdan əvvəl onun azuqəsini yaratmalı idin. Bu öküz nə yeməli, nə içməlidir, o haqda düşünməli idin. Səni öküzün əlindən mən belə ala bilməyəcəkdim, əgər dərhal yaşıl çəmənləri və şirin sulu gölləri yaratmasaydım…

Mən İlham Əliyevə bir şey demək istəmirəm. Sadəcə, Musa Peyğəmbərlə onun idarə etdiyi indiki Azərbaycan arasında qəribə bir bənzərlik görürəm. Musa da azuqə məsələsini unutmuşdu, İlham Əliyev də unudub. İndi insanlarımız azuqəsiz və ac qalan öküzün halını xatırladır. Nə etməli olduğuna onun özü qərar verməlidir. Bu millət üçün «azuqə»ni kənardan kimsə gəlib yaratmayacaq…

MƏNƏ QALIRSA…

İLHAM ƏLİYEV BİR AN ÖNCƏ «ÇƏMƏN» VƏ «GÖL» YARATMAĞA BAŞLAMALIDIR!

YOXSA ÖKÜZ ONUN GÖZ YAŞLARINA BAXMAYACAQ!!!

“Xural” qəzeti
il: 9, sayı: 014(422), 10-16 aprel 2011-ci il

Əlaqəli məqalələr

4 şərh

  1. KQB (parçala və hökm elə) siyasəti hər zaman gündəmdə olub. Xalq ayıq olmalıdır. 90-cı illərdə olduğu kimi Qərbi Azərbaycanlilar alətə çevrilməməlidirlər.
    Ən çox əziyyət çəkən və sonda küncə sıxışdırılan bu insanlardan istifadəni əngəlləmək cəhdinizə görə təşəkkürlərimi qəbul etmənizi xahiş edirəm
    Çox işləyib az yeyən, qeyrəti belini büküb saçını ağardan, Azərbaycan deyəndə dili ağzında yanan bu insanları siyasətə qatmayın ey bic, müxənnət və acgöz imansızlar!!!

  2. Haci Ilqar barede yazacagima sozvermisidm.Haci Ilqar 2 defe qerble beraber Azerbaycanda ingilaba hazirlasmisdi.2 defe bas tutmadi ve indi 3 defe hazirlasir.Ele bilirsiniz bunu oz basina edir?Xeyir burda Iraninda rolu var.Haci Ilqar ozunu qerb perest, insan haqlari mudafiecisi kimi gostersede, eslinde Iranin strateji ve siyasi megsedlerini guclendirecek regionadaki figurlarindan biridir.2003 cilden baslayim.2003 cu ilde Haci Ilqar ve hal hazirda 2003 hadiseerinden sonra Norvechde siyasi siginacag alan Azer Ramizoglu ,Haci Ilqar herekatinin tesiscisidir.2003 cu il hadiselerinden sonra Azer Ramizoglu Norvece qacdi,Haci Ilqar ise qaca bilmedi ve 6 ay muddetine Iqbal Agazade ve digerleri ile birlikde hebs edildi.6 ay dan ABS departamnetinin tezyigi ile hebsden azad etdirildi.Azer Ramizoglu ise indiye kimi Norvecde yasayir.Haci Ilqar Avropaya seferler edende Azer Ramizoglu ile gorusler kecirir.Haci Ilqarin 2008 ci ilde Avropa seferinde,Azer Ramizoglunun teskilatcilig ile Amerikada yasayan Resul Quliyevle Almaniyada gorus teskil edilmisdi.Resul Quliyev ilk gun goruse gelmedi ve 3 gun Haci Ilqar,Avropada gozlemeyi teleb etdi.Cunki Amerika ,Merkezi Kesfiyyat Idaresi,Resul Quliyeve tovsiye etmisdi ki, ola bilsin Azerbaycan kesfiyyati terefinden izleneceksiniz.Ona gore bele taktika isledin ve ilk gun gorus guya teyyare gecikdiyi ucun bash tutmasin.Neyse 3 gun sonra Almaniyanin Koln seherinde gorus bas tutmusdu.Gorusun megsedi,Resul Quliyevin Haci Ilqara gelecek desteyi ve dindarlari Haci Ilqar hansi formada gelecek inqilaba hazirlaya bilecek.Elbette ki, b gorusu Almaniya ,Fransa kesfiyyat xidmetleirnde izlemisdir.Burda esas o idi ki,Merkezi Kesfiyyat Idaresi , Haci Ilqarla Resul Quliyevin gelecek ish perespektivinin alinib alinmamasi barede melumat elde etmek idi.Gorusu , Resul Quliyevin evvelceden hazirladigi yerde kecirdikleri ucun, yeginki hemin yeri ABS , Merkezi Kesfiyyat Idaresi hazirlamsi ve gorushu lente almisdir.

  3. Haci Ilqarin Turkiyenin Kurd Hizbullahi ile gorusleri ve Azerbaycanda geecek planlari barede

    Haci Ilqarin Turkiyede Kurd Hizbullahi liderleri ile gorusmesi ve gelecek musterek planlari barede yazmag isteyirem.Haci Ilqar 3 ile yaxindir ki,merkezi Turkiyenin Diyar bekir seherinden yerlesen, Kurd Hizbullhahinin , MUSTAZAF-DER teskilati ile gorusler kecirir.Teskilatn rehberi Huseyin Yilmazla , Istanbul seherinden defelerle Qrand Plaza hotelinde gorusmusdur.Esas megsed Kurd Hizbullahinin Azerbyacana getirilmesi idi.Haci Ilqar , Huseyin Yilmaza tekif edirdi ki, Azerbyacanda Kurdlere munasibet yaxsidir.Ona gorede Kurd Hizbullahi Azerbyacanda insan haqlari teskilati adi altinda fealieyete baslaya biler.Men DEVAMM (DINI ETIQAD VE VICDAN AZADLIGARI MUDAFIE MERKEZININ) -Turkiye bolmeisni yaradaq ve bu vasite ile Azerbyacanda teskilatana blersiniz.Ele bilirsiniz bunu Haci Ilqar ozu isteyirdi? xeyir.Iran , Turklere Azebacanda yaxsi munasibt oldugu ucun Turkiyenin Kurd Hizbullahini Azerbyacana soxmag isteyirdi.Bu plan islemeye baslamisdir ve Huseyin Yilmazin gonderdiyi adamlari Haci Ilqarla Bakida defelerle gorusubler.
    Turkiyede, Kurd Hizbullahina , donuz bagcilarid deyilir.Insanlari isgence ile oldurdukleri ucun.Turkiyede illernen PKK qarsi Kurd Hizbullahi savasmisdir.Cunki bolgede Hzbullah ozunden basga guvvenin oldugunu gebul etmirdi.Kurd Hizbullahida …artiq Insan haqlari teskilatlari tesisi edir ve bu ad altindan fealiyet gosterirler.Nece ki, Haci Ilqarda bu ad altinda fealiyet gosterir.Cunki, Iran bele isteyir.Haci Ilqarda ozu insan haqlarina gorese inanir? Onun etiqadi vilayer fagih(imam xomeyni konsepsiyasi) etiqadidir.Vilayet fagih insan haqlarina inanir? Inanirsa neye gore bir defede olsun Haci Ilqar , Iranda molla rejiminin soydaslarimiza mitinglerde divan tutmasindan yazmir? Neye gore Haci Ilqar , ermenilerin Iranda mektebi oldugu halda 35 milyon Azerbyacnlinin oz dilinde mektebi olmadigindan yazmir? He burda sual ortaya cixir, sen hansi insan haqlarinn mudafiecisen.Yadindadir, Istanbulda Iranin sabiq daxili isler naziri , Livan Hizbullahini yaradan al-Mohtashemi ile Taksimde Dorint hotleinde gorusende ne demisdin? Insan haqlari adi altinda felayet gosterende qerb olkeleri ile elage qurmag rahat olur.Muxalifet partiyalarindan oz megsedlerim ucun istifade rahat ede bilirem ve Penah Huseyin ucunde dedin ki, kilickasi qarpis satanla elagec cox yaxsidir .Onun vasitesi ile her yere gire bilirem
    Haci Ilqar bunlara cavab versin.Bes Turkiyenin Btaman seherinde Kurd Hizbullahin , Mustazaf Der insan haqlari mudafiesi teskilatinin rehbedi Cafer Baranla ne sohbet etmisdin? 10 il sonra Azerbyacanda goreceksiniz, adi Hizbullah olmasada Hizbullah strategiasini menimseyen dini-siyasi teskilat formalasacag ve siyasetde cox aktiv olacaq.Lazim olanda Azerbyacan dindarlarini dovlete qarsi ayaga qaldiracam ve sizin Diyarbekir seherinde 100.000 neferlik teskil etdyinizi mitigleri bizde Bakida teskil edecek.
    Haci Ilqarin 2010 cu ilde Ayaz Muttelibovla gorusu barede

    Men soz vermisidm ki, Haci Ilqar barede yazilarima davam edecem ve dehsetli melumatlar aciqlayacam.2010 cu ilde Haci Ilar Moskva seferinde Azay Mutellibovla 5 saatli gorus kecirdi.Gorusun megsedi, Haci Ilqar gelecekde dindarlari dovlet eley…hine hansi formada qaldira biler.Birde esasen, Haci Ilqarin insan haqlari adi altinda Moskavada teskilt qurmasi ve buutn SNG uzre fealeyitini genislendirmesi.Maliyyenin Iran terefinden ved edildiyini Haci Ilqar qeyd etdi.Ayaz Mutellibovdan, Moskda dovlet dairelerinde bu felaieyet ucun icaze almag idi.Bu plan bas tutsa,Haci Ilqar butun region olkelerinde fealeyetini genislendirecek.Cunki, Haci Ilqar bize deyirdi ki, men omrumun sonuna kimi, Misirde Muselman Qardaslari teskilatinin lideri Hesanul Benna ve Seyydi Qutub kimi dini-siyasi herekat fomalasdirmaiyam ki, gelecek muselman nesiller hakimiyyete gelsinler.Elbette ki, bu planin arxasinda Iranin maraglari movcuddur.

  4. Hacı İlqarı tanımıram, ola bilsin yaxşı adamdı ola bilsin yox..Əgər Azərbaycan topyekun yox olsa belə H.İlqar bu məsələlərdən uzaq durmalıdır. Dini siyasətə qatmaq axmaqlıqdır. Görürük Hizbullahı, Talibanı, Həması, Əl qaidəni yaxud Türkiyədə olmuş Şeyx Səid üsyanını. Hərəsi bir ölkəni, bir xalqı viran qoyub. Bundan soruşmaq lazımdır ki Hacı Azərbaycanın neçə faizi namaz qılır bilirsənmi ? Uzağı deyək 30%-i. Yaxşı! sənin işin haqqa dəvətdir yoxsa inqilab? İnqilab üçün müxalif partiya və təşkilatlar var, sən nə hala qalıbsan? Hərə öz işinnən məşğul olmalıdır. Mitinq eləmək Allahı(c.c.) təbliğdən dahamı üstündür ki sən onu buraxıb buna cumursan.?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button