İlham Əliyevin Gürcüstan-Rusiya müharibəsinə münasibəti – Wikileaks

Teleqramda İlham Əliyevlə BP-Azərbaycanın prezidentinin görüşü, o cümlədən Rövnəq Abdullayevlə Endi İnglisin görüşünün təşkil edilməsi, aparılan mühüm danışıqlar öz əksini tapıb…

Wikileaks saytı 2008-ci ilin avqustun 19-da prezident İlham Əliyevin BP-nin icraçı direktoru Endi İnglislə görüşünün təfərrüatları barədə yazıb. Prezident Əliyev Gürcüstanda baş verən müharibə böhranı ilə bağlı fikirlərini İnglislə bölüşüb. Onların fikirləri ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lunun ölkəsinə göndərdiyi teleqramda bəhs olunub. Teleqramda bildirilir ki, İ.Əliyev həmin görüşdə “Mən Saakaşviliyə dəstək olmağa tələsmirəm, belə olan halda bu heç bir nəticə verməzdi”- deyib.

Əliyev Gürcüstan prezidentini dəstəklədiyini, lakin bunu heç vaxt açıq şəkildə etmədiyini bildirib. O, bunun üçün gizli yollar axtardığını qeyd edib. Əliyev bildirib ki, Azərbaycanın digər ölkələrdən fərqli olaraq ölkə daxilində öz xalqına daha çox yardım göstərir ( Bununla da, səfir Donald Lu Əliyevin Gürcüstanda yaşayan etnik azərbaycanlılara işarə vurmasını qeyd edib). Misal olaraq isə azərbaycanlıların ruslar tərəfindən dağıdılan dəmir yol xəttini bərpa etməsini göstərib. Əliyev bildirib ki, bu konfliktə cavab olaraq öz xarici siyasətini dəyişməyə meylli deyil. Onun xarici siyasəti isə neft və qazdan istifadə etməklə Azərbaycanın Rusiyadan azadlığını daha da genişləndirməkdir.

Prezident “Bakı-Tiflis-Ceyhan” neft kəmərində Kürdüstanın İşçi Partiyasının partlayışla bağlı Gürcüstana müdaxilə vaxtının seçimi haqqında İnqlisdən soruşub və aşağıdakı hadisələri əlaqələndirməyə çalışıb:

– Əvvəllər Dövlət Təhlükəsizlik Komitəsi (KQB) tərəfindən maliyyələşən “Kürdüstanın İşçi partiyası ”BTC” neft kəmərində partlayışlar həyata keçirir.

– Rusiya üç gündən sonra Gürcüstana soxulur.

– Ruslar əsas dəmir yolu körpüsünü partlatmaqla neftin ixracını dayandırırlar.

– Təsadüfi bomba “Bakı-Supsa” kəmərinin 10 metrliyində düşür.

“Transneft” neft ixracının son yollarından biri olan neft kəmərinin Novorossiyski xəttini gözləyən təhlükə-texniki nasazlıq haqqında məlumat verir.

Əliyev Moskvaya zəng edir

 Əliyev bildirib ki, o, “Bakı-Supsa” neft kəmərinə təsadüfi bomba düşdüyü haqda bilən kimi Moskvaya zəng edib. O, Rusiyanın Azərbaycanın maraqlarına zidd hərəkətlərinə “irihəcmli akt” kimi baxılacağını deyib. Əliyev azərbaycanlı icmalarının yaşadığı Marneulidəki aerodromun bombalanmasından, “Bakı-Supsa” neft kəmərinin yanındakı təsadüfi bombadan və rus qoşunlarının Kulevidə Azərbaycana aid olan neft anbarı bazasına daxil olmaları ilə bağlı xəbərlərdən şikayət edib. Əliyev əlavə etdi ki, onun zəngindən sonra Kulevidəki rus qoşunları oradan çıxarılıb və həmin strateji rayonlarda bombardmanlar dayandırılıb.

 Rusiyaya qazın satılması – “Hiylədir”

 İnqlis izah edib ki, Rusiyaya qazın gələcəkdə məhdudlaşdırılmış satışları Azərbaycanın Türkiyə ilə qaz tranzitində mövqeyini bərkitmək məqsədi daşıyır. Əliyev isə ona bildirib ki, Şah Dəniz Faza-1 layihəsi üzrə qazın şimala deyil, qərbə satılmasını istəyir. Əks seçimin axmaqlıq ola biləcəyini deyən Əliyev mövcud siyasi vəziyyətin belə qazın qərbə ixracı məsələsini dəyişdirmədiyini bildirib.

İnglis bildirib ki, Türkiyə tranzit hüquqları ilə razılaşmalıdır və Əliyev zəif tərəf mövqeyindən danışıqlar aparmayacaq. Əliyev qeyd edib ki, o Rusiyaya qazın bir miqdarını satacaq və Rusiyaya bu satışlar effektiv olmalıdır.

İnglis Rusiya üçün bunun kifayət etməyəcəyini, onun qazın hamısını istədiyini qeyd edib. Rusiya üçün 2 milyard kub metr – bu əhəmiyyətsiz həcmdir. Bu qiymət haqqında danışıqlar üçün hiylədir- deyə İnqlis əlavə edib.

Prezident həmçinin deyib ki, neft kəmərinin bağlanması nəticəsində Azərbaycan İrana xam nefti satmağa məcbur olacaq.

İnglis bir daha təsdiq edib ki, BP-nin “BTC” neft kəmərinin Türkiyə hissəsində baş verən yanğının təxribat olması ilə bağlı sübutlara malikdir: “Biz tam əminik ki, bu terror idi”. İnglis Ərdoğanın terrorçuların günahını inkar edəcəyi halda, sübut üçün terroru təsdiqləyən şəkillərin kopiyasını Əliyevə verib.

 Azərbaycan Dövlət Neft Şirkətinin BP-yə münasibəti

 Keçən il Azərbaycan Dövlət Neft Şirkəti BP-nin Azərbaycandakı prezidentini dövlət əhəmiyyətli mədənləri oğurlamağa görə, həbs və məhkəmə ilə hədələyirdi. Əliyev isə mediaya BP və Azərbaycan Dövlət Neft Şirkəti barədə çətin günlərin dostu kimi müsbət cavab verib.

Prezident İnglisə Azərbaycanın hələ də BP-yə ehtiyacı olduğunu deyib və ritorik sual verib: “Əgər “Bakı-Tbilisi-Ceyhan” neft kəmərinə Azərbaycan Dövlət Neft Şirkəti sahib olsaydı, o indiyə qədər mövcud ola bilərdi?”

Əliyev İnglislə görüşdən sonra ARDNŞ-in prezidenti Rövnəq Abdullayevlə onun görüşünü təşkil edir. İnglis bildirib ki, “Rövnəq bizim həmişə tanıdığımızdan daha xoş görünürdü”.

İnglis bildirib ki, onunla Abdullayev arasında Şah-Dəniz Faza-1 layihəsi üzrə qazın qiyməti ilə bağlı “əsl danışıqlar” olub. İnglis Abdullayevə deyib ki, bir halda ki, qazın qiyməti hər gün artır, qiymətlə bağlı qərarı indi qəbul etmək və tranzit üzrə danışıqlarının tamamlanmasını gözləmək məsləhətdir.

 

“Xural” qəzeti,

il 9, sayı: 040 (448), 23 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button