İlham Əliyev Sankt-Peterburqa gedib

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 26-da Rusiya Federasiyasına səfər edib. O, Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Müstəqil Dövlətlər Birliyinin (MDB) Sankt-Peterburqa keçiriləcək dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək.

1991-ci ildə SSRİ-nin dağılması ilə əsası qoyulan MDB-nin hər ilin sonunda ənənəvi belə qeyri-rəsmi toplantıları keçirilir. Orada, əsasən, birlik daxilində əməkdaşlıq məsələləri nəzərdən keçirilir.

MDB-yə Baltikyanı respublikalar və Gürcüstandan savayı, keçmiş SSRİ-də müttəfiq, hazırda isə müstəqil olan respublikalar daxildir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button