İlham Əliyevlə görüşdən qayıdan İran Prezidentinin helikopteri qəza enişi edib

Yayımlandı: 19 May 2024 17:52

Xilasetmə qruplarının helikopterin axtarışına başladığı bildirilir

Mayın 19-da İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin olduğu helikopterin Vərzeqan bölgəsində sərt eniş etdiyi bildirilir.

Bu barədə məlumat yayan İranın “Tasnim” agentliyi yazır ki, İranın xilasetmə qrupları helikopterin axtarışına başlayıb. Helikopterdə Şərqi Azərbaycan valisi Ayətullah Əl-Haşim və İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə digər müşayiət edən şəxslər olub”.

 “Hadisə yerinə xilasetmə qrupları göndərilib, helikopterlə əlaqə qurmaq mümkün olub, lakin onların durumu ilə bağlı yekun məlumat yoxdur”,-deyə məlumatda qeyd olunub.

IRNA agentliyi sərt hava şəraiti və qatı dumanın xilasetmə qruplarının işini çətinləşdirdiyini yazıb.

İRNA müxbirinin əldə etdiyi məlumata görə, qəzanın xilasedicilərə elan edilməsindən təxminən bir saat sonra xilasetmə qrupları elan edilən yerə gəlib və axtarışlara başlanılıb.

“Əraziyə 20 xilasetmə qrupu göndərilib, lakin ərazinin keçilməzliyi və əlverişsiz hava şəraiti, xüsusən də qatı duman səbəbindən axtarış-xilasetmə əməliyyatı vaxt aparacaq”,-deyə əlavə olunub.

Bu gün İranın və Azərbaycanın dövlət başçıları Azərbaycan-İran dövlət sərhədində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışını ediblər.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button