İlham İsmayıl Qarabağ Komitəsinin dönəm sədri seçildi

Bu gün Qarabağ Azadlıq Təşkilatının ofisində Qarabağ Komitəsinin növbəti toplantısı keçirildi. Toplantıda 24 noyabr 2018-ci ildə keçirilməsi nəzərdə tutulan mitinq üçün Bakı şəhər icra hakimiyyətinə müraciət etmək məsələsi müzakirə olundu. Uzun və gərgin keçən müzakirələr nəticəsində qərara alındı ki, müzakirənin davamı yeni dönəm sədri ilə keçiriləcək gələn həftədəki toplantıda aparılsın və yekun qərar da o iclasda qəbul olunsun.

Bundan sonra Qarabağ Komitəsinin hazırkı dönəm sədri Akif Nağı iki aydır ki, yürütdüyü sədrlik vəzifəsini İlham İsmayıla təhvil verdi. İlham İsmayıl dekabrın 18-nə kimi Qarabağ Komitəsinin dönəm sədri olaraq fəaliyyət göstərəcək və Qarabağ Komitəsinin üzvləri demokratik qaydada baş verən bu dəyişikliyi alqışladılar. Komitə üzvləri indiyə qədər göstərdiyi səmimi fəaliyyətə görə Akif Nağıya təşəkkür etdilər.

İlham İsmayılın sədrliyi ilə davam edən toplantıda digər cari məsələlər müzakirə edildi. Qərara gəlindi ki, “Dəstək Komitələri” ilə bağlı təlimat və Qarabağ Komitəsinin mitinq keçirilməsi ilə bağlı müzakirəsi gələn həftə keçiriləcək iclasda davam etdirilsin və lazım olan qərarlar alınsın.

Qarabağ Komitəsində başqa heç nə baş verməyib. Dostlarımız rahat olsun!

 

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button