Rubrikalar: GÜNDƏM XuralTAC

İlham İsmayıl yazır: “Dərdimiz virus dərdi deyil…”

“Koronavirus 27 gündü ortaya çıxıb, biz 27 ildir bir virusun bəşəriyyətə vurduğu zərbədən qat-qat artığını almışıq”
Bu iş diplomatlıqdan çoxdan çıxıb…
Ötən gün BMT – nin baş katibi Antonio Qutteriş planetdəki bütün münaqişə edən tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırış edib. BMT baş katibinin müraciəti ilə tanış olandan sonra ağlıma gələn ilk fikir bu oldu ki, bu çağırış dünyadakı bütün separatçıların, o cümlədən Dağlıq Qarabağ separatçılarının işinə yarayacaq. Zənnim aldatmadı və bu gün qondarma rejimin xarici işlər idarəsi bəyanatla çıxış edərək, BMT baş katibinin çağırışını dəstəklədiklərini bildirdi:
”Artsax bir daha Azərbaycan-Qarabağ münaqişəsi (?!-müəllif) bölgəsində atəşkəs rejiminə əməl olunmasıana sadiq qaldığını bəyan edir”.
27 ildir  Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş  rayonlarından  çıxması haqqında BMT-nin məlum qətnamələrini vecinə almayan ermənilər tələsik baş katibin çağırışına dəstək verdiklərini bildirdilər. Təəccüblü heç nə yoxdu. Kimə nə sərf edirsə onu da dəstəkləyəcək, məşhur kəlamda deyilən kimi “daimi maraqlar var”  və ermənilər də özlərinə sərf edəni dəstəkləyirlər. Bəs, bizim marağımızı kim ortaya qoymalıdır? Əlbəttə özümüz. Bəs, maraqlarımızı dünya gündəminə gətirə bilirikmi? Nə dünyanın düz vaxtında, nə də virusun dünyanı silkələdiyi vaxtda biz Qarabağ problemini həll edə bilmədik, bilmirik.
Koronavirusla mübarizənin Qarabağ  problemindən öndə gəldiyini heç kim bizə yeritməsin. Koronavirus 27 gündü ortaya çıxıb, biz 27 ildir bir virusun bəşəriyyətə vurduğu zərbədən qat-qat artığını almışıq. Sabah Azərbaycan Qarabağda  hərbi əməliyyatlara başlayanda BMT bizə deyəcək ki, koronavirus problemindən qurtarmamış torpaqlarınızı azad edə bilməzsiniz? 27 il idi virus yox idi, həmin BMT öz qətnamələrinin tələblərini yerinə yetirməyən Ermənistana gözün üztə qaşın var deyib ki, bizə də nəsə bir irad bildirsin?
Bu ərəfədə üzünü görmədiyimiz, səsini eşitmədiyimiz səhiyyə nazirinin cərgəsinə daha bir nazirimiz – Xarici işlər naziri hörmətli Elmar Məmmədyarov qoşulsa, şəxsən mən şad olaram. Bir şərtlə ki, onun yerini  müdafiə naziri tutsun. Vətəni işğaldan  azad etmək virusa baxmır, BMT kimi sözü keçməyən bir təşkilatın baş katibinin çağırışına baxmır. Vətəni azad etmək vətən sevgisindən, namusdan, qeyrətdən, şərəfdən keçir. Bu varsa vətən azad ediləcək, yoxdursa olmayacaq və bu keyfiyyətlərin hansısa nazirdə olub-olmaması kriteriya deyil, kriteriya bu keyfiyətlərin bütün millətdə hansı səviyyədə olmasındadır. Bu keyfiyətlərə görə nəticə əldə olunacaq. Ya şərəflə yaşayacaqsan, ya əbədi şərəfsizliyi qəbul edib, düşmənə boyun əyəcəksən.
Biz vətənimizi düşmən işğalından niyə azad edə bilmirik? Bu sualı biz kimə verək, ya bu suala kim cavab verməlidir?  Suala cavab  verən səlahiyyətli olmadığından millət gözünü döyə-döyə qalıb. Adamlar bir-birini aldadanda, yolu azdıranda, başını qatan işə bulaşdıranda deyirdilər ki, “filankəsin də əlinə bir dürmək verdim, getdi…”.  Dəhşətlisi odur ki, bu dürməyi bizə düşmən  verir, özümüzünkülər də o dürməyi təzdən büküb millətə yeridir və yedizdirirlər. Paşinyan əlimizə  bir “nöqtə” dürməyi verib, onu  qovmaqla məşğuluq. Ortada da heç nə yoxdur. İndi də BMT baş katibi əlimizə koronavirus dürməyi verir ki, gedin bir az da bununla başınızı qatın. Guya virus qurtaranda bizə deyəcəklər ki, özünüz bilərsiniz, istəyirsiniz torpağınızı alın, istəmirsiniz də.., o yerlərdə oturanlar var. Oturan da ermənidir, mənim torpağımı işğal edib, bütün Azərbaycana göz dağı verən erməni, dünənimizin, bu günümüzün, gələcəyimizin üztündən xətt çəkən erməni. Bizim dərdimiz virus dərdi deyil, bizim dərdimiz  torpaqlarımızı azad edə bilməməyimizdir.
Adam dəhşətə gəlir ki, biz bəzən özümüzə olan sərtliyi düşmənə göstərmirik. Niyə? Əl çəkmisiniz Qarabağdan?  Bəs, düşmən nə vaxt təcrid olunacaq ərazilərimizdən? Virus yox idi, zatən Qarabağ probleminin həlli ilə məşğul olan yox idi, virus dolaşdığı müddətdə heç adını tutan da olmayacaq. Bizim hər işimiz belədi. Milyard ayırıb silah alırıq, Qarabağı azad edə bilmirik, milyard ayırıb virusla mübarizə edəcəyik deyirik, aptekdə Allahın maskası, spirti tapılmır.
BMT baş katibinə 27 illik qətnamələrinin heç nəyə yaramadığını yadına salmağın əsl zamanıdı. Onu diplomat yox, ordu yada salmalıdır. Bu iş onsuz da diplomatlıqdan çoxdan çıxıb…
Paylaş:

Son Əlavələr

  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

ABŞ Çin ətrafında qurulan ittifaqı necə dağıtdı?-ARAŞDIRMA

Ərgün Dilər “Takvim”, Türkiyə, 03 aprel 2020-ci il   Hadisələri dəyərləndirərkən, yaxın keçmişi unutmamalıyıq. Çünki çoxları qılınclarını çəkdi. Səslərini unutmadıq.…

4 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

İbrahim Məmmədov Azərbaycanda koronavirusla bağlı tendensiya haqda

“Hazırda koronavirus infeksiyası ilə bağlı tendensiya arzuolunan deyil. Burada gizli bir şey yoxdur”. Bunu Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri İbrahim…

4 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

Dünyada koronavirus can almaqda davam edir: 56 min 989 ölüm-SON SİYAHI

Dünyada koronavirus infeksiyasına (COVİD-19) yoluxma və bu virusdan ölüm halları  sürətlə artmaqda davam edir. Artıq yoluxanların ümumi sayı 1 milyonu…

4 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

BVF rəhbərindən qorxunc etiraf: Dünya iqtisadiyyatı ağır tənəzzül dövrünə daxil olub

Dünya iqtisadiyyatı yeni koronavirus pandemiyasına görə tənəzzül dövrünə qədəm qoyub. Xural.com TASS-a istinadən verdiyi xəbərə görə, bunu bu gün Beynəlxalq…

4 Aprel 2020
  • DÜNYA
  • GÜNDƏM
  • XuralTAC

İranda pandemiya qurbanlarının sayı 3 294 nəfərə çatdı

İranda daha 134 nəfər koronavirusun qurbanı olub. “Report” IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə…

3 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

ÜST tibbi maskaların koronavirusdan qorumadığını elan etdi

Tibbi maskalar müdafiəyə zəmanət vermir və sağlam adamların onlardan istifadəsinə ehtiyac yoxdur. RİA Novosti-nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə…

3 Aprel 2020
Xural.COM